Prezident Simpozium iştirakçılarına məktub ünvanladı - YENİLƏNİB

Prezident Simpozium iştirakçılarına məktub ünvanladı - YENİLƏNİBAzərbaycan Prezidenti İlham Əliyev Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb.
KONKRET.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli simpozium iştirakçıları!
Sizi xaricdə yaşayan azərbaycanlı həkimlərin birinci simpoziumunun ölkəmizin paytaxtında öz işinə başlaması münasibətilə ürəkdən salamlayır, insanların sağlamlığının qorunması naminə fəaliyyətinizdə hər birinizə müvəffəqiyyətlər arzulayıram.
Bu ilk simpoziumun Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən yubiley tədbirləri çərçivəsində təşkili ona dərin rəmzi məna qazandırır. Azərbaycanın səhiyyə infrastrukturunun tamamilə yenilənməsi və müasir əsaslar üzərində qurulması məhz Ulu Öndərin adı ilə bağlıdır.
Ötən müddətdə uğurla gerçəkləşdirilmiş işlərin davamı olaraq səhiyyənin inkişafı bu gün də dövlətimizin sosial yönümlü siyasətinin prioritetlərindəndir. Respublikamızın regionlarında yeni-yeni diaqnostika mərkəzləri və şəfa ocaqları istifadəyə verilmiş, səhiyyə müəssisələri qabaqcıl texnologiyalara əsaslanan tibbi avadanlıqlarla təchiz edilmiş, əhalinin sosial müdafiəsinin başlıca tərkib hissəsi kimi həyati əhəmiyyətə malik icbari tibbi sığorta tətbiq olunmuşdur. Son illərdə təbabətin aktual məsələlərinə dair beynəlxalq səviyyəli konfrans və görüşlərə ölkəmizin ev sahibliyi etməsi isə Azərbaycan səhiyyəsinin qlobal səhiyyə sisteminə inteqrasiyasına əlverişli zəmin yaratmışdır.
Qürurverici haldır ki, Azərbaycan tibb təhsilinin və elminin yetirdiyi yüzlərlə həmvətənimiz dünyanın müxtəlif guşələrində ən mötəbər klinikalarda çalışır və yüksək peşəkarlıqları ilə seçilərək xalqımızı layiqincə təmsil edirlər. Onlar ölkəmizin hüdudlarından çox-çox uzaqlarda olsalar da, qəlbləri daim doğma Azərbaycanla döyünür. Qırx dörd günlük Vətən müharibəsi zamanı könüllü şəkildə ön cəbhəyə yollanan ağ xalatlı qəhrəmanlarımızın simasında bu, bir daha təsdiqini tapdı.
İştirakçısı olduğunuz simpozium təbabətin ayrı-ayrı sahələrindəki yeniliklərin paylaşılması və xaricdə məskunlaşmış həkim soydaşlarımızın öz nəzəri və təcrübi bilikləri ilə Azərbaycan səhiyyə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlərə yüksəkixtisaslı tibbi kadrlarımızla birgə töhfələr vermələri üçün potensial imkanların üzə çıxarılması məqsədi daşıyır.
Ümidvaram ki, simpoziumda tibb elminin çağırışları işığında innovativ metodlardan istifadəni nəzərdə tutan geniş fikir, təcrübə mübadiləsi və dolğun müzakirələr aparılacaq, qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri müəyyən ediləcəkdir.
***
12:42
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumun iştirakçılarına müraciət ünvanlayıb.
KONKRET.az xəbər verir ki, müraciəti Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Xəbərlər     Tarix: 17 iyun 2023

Oxşar xəbərlər

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə


iqtisadi xeberler dollar məzənnəsi valyuta xeberleri biznes xeberleri 1000 manatla biznes