Prezident Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul etdi - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.
KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev Kubanıçbek Ömüralıyevi Türk Dövlətləri Təşkilatının Baş katibi seçilməsi münasibətilə təbrik edib, ona təşkilatın üzv dövlətləri arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi istiqamətindəki işində uğurlar arzuladı və əminliyini bildirib ki, o, Təşkilat çərçivəsində sıx əməkdaşlığın həyata keçirilməsində səylərini əsirgəməyəcək.
Türk Dövlətləri Təşkilatının fəaliyyətinə toxunan Prezident İlham Əliyev Təşkilatın beynəlxalq səviyyədə önəminin artdığını məmnunluqla qeyd edib, bunun üzv və müşahidəçi dövlətlərin beynəlxalq nüfuzunun və iqtisadi potensialının artmasına xidmət etdiyini bildirib, bu baxımdan ötən ay Təşkilatın Səmərqənddə keçirilən IX Zirvə Görüşünün əhəmiyyətini vurğulayıb.
Dövlət başçısı Kubanıçbek Ömüralıyevin Türk Dövlətləri Təşkilatının Baş katibi kimi azərbaycanlı həmkarları ilə sıx təmasda olacağına əminliyini bildirib.
Xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən qonaq TDT-ni yaradan dövlətlər sırasında ilk ölkə olaraq Azərbaycana səfər etməsindən məmnunluğunu bildirib və Təşkilatın fəaliyyətinin güclənməsində ölkəmizin fəal rolunu xüsusi vurğulayıb.
Türk Dövlətləri Təşkilatının Baş katibi vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi və ərazilərimizin işğaldan azad edilməsi təkcə ölkəmiz üçün deyil, bütün türk dünyası üçün böyük önəm daşıyır. Kubanıçbek Ömüralıyev üzv dövlətlərin dil və mədəniyyət baxımından ümumi köklərə malik olduğunu qeyd edərək əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməcəyini bildirib.
Söhbət zamanı əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
***
12:01
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.
KONKRET.azxəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
ZARA-nın uğur hekayəsi
1000 manatla hansı biznesi qurmaq olar?
Biznes qurmaq üçün nə lazımdır?
Layihə menecmenti nədir?
Dünyanın ən varlı 10 müğənnisi