"PRIME COTTON" MMC Pakistanda: Əməkdaşlıq üçün yeni üfüqlər - FOTOLAR

Prime Cotton MMC, 2024-cü il 12-16 dekabr tarixlərində Azərbaycanın pambıq lifi və iplik məhsulları üzrə ixrac imkanlarını genişləndirmək məqsədilə Pakistana işgüzar səfər edib. Azərbaycanın qeyri-neft məhsulları ixracının lideri Prime Cotton MMC nümayəndələri Pakistan tekstil sənayesini daha yaxından öyrənmək üçün dövlət qurumları və Pakistanın tekstil sənayesinin nəhəngləri ilə məhsuldar görüşlər keçirib.
FED.az xəbər verir ki, səfərdə Prime Cotton MMC-nin İcraçı direktoru Rövşən Mahmudov, Baş Kommersiya direktoru Tural Əlizadə və GP Cotton Holdings-in Sədr müavini Riçard Morqan iştirak ediblər. Şirkət nümayəndələri səfər çərçivəsində Pakistan Ticarətin İnkişafı İdarəsi, Pakistan Tekstil Şurası, Pakistan Milli Qida Təhlükəsizliyi və Tədqiqat Nazirliyi, Bütün Pakistan Tekstil Fabrikləri Assosiasiyası, Karaçi Pambıq Birliyi, Faisalabad Ticarət Palatası və digər mühüm qurumlarla görüşərək danışıqlar aparıblar.
Nümayəndə heyəti adıçəkilən dövlət qurumları ilə yanaşı, Naveena İplik Fabrikləri, Nişat İplik Fabriki və Crescent Tekstil Fabrikləri kimi Pakistanın qabaqcıl özəl tekstil şirkətlərini də ziyarət edib. Görüşlərdə Azərbaycanın pambığından hazırlanan ipliklərin yüksək keyfiyyəti, istehsal imkanları və Pakistanın daxili və ixrac tələblərini ödəmək üçün onların uyğunluğu barədə məlumat verilib. Ticarət məsələləri ilə yanaşı Azərbaycanda pambıq və iplik istehsalını qlobal səviyyəyə yüksəltmək üçün Pakistan şirkətləri ilə təcrübə mübadiləsi məsələsi də müzakirə edilib.
Pakistan, qlobal tekstil sənayesində həm istehsalçı, həm də istehlakçı kimi mühüm yer tutur. Ölkə dünyada pambıq ipliyi istehsalında beşinci, istehlakında üçüncü və ixracında dördüncüdür. Pambıq və tekstil məhsulları ixracı ümumi ixracın 60%-nı təşkil edir. Pakistan rəqabətqabiliyyətli qiymətlər və peşəkar işçi qüvvəsi ilə ABŞ və AB kimi əsas bazarlara tekstil məhsulları təchiz edir.
Pakistan səfəri Prime Cotton MMC üçün Azərbaycanın qeyri-neft məhsullarının beynəlxalq bazarlardakı mövqeyini daha da gücləndirmək, pambıq və iplik məhsullarını qlobal səviyyədə tanıtmaq istiqamətində mühüm addım olub. Qlobal geyim brendləri ilə sıx işləyən və onları mütəmadi olaraq iplik və parça məhsulları ilə təchiz edən Pakistan şirkətləri Prime Cotton MMC üçün ideal tərəfdaşlar hesab edilir.
Rövşən Mahmudov səfər barədə bildirib: "Bu görüşlər iki ölkə arasında sənaye sektorunda əməkdaşlığı dərinləşdirmək və Azərbaycanın pambığını Pakistan bazarına inteqrasiya etmək üçün yeni qapılar açır. Biz, 80 ilə yaxın davamlı pambıq istehsalı tarixi və 50 ildən artıq ixrac təcrübəsi olan Pakistan üzərindən Azərbaycan pambığını və təmiz pambıq ipliklərinin beynəlxalq bazarlara satışını artıra, eləcə də Pakistanlı mütəxəssislərin dəstəyi ilə Azərbaycanda pambıq və xüsusilə iplik istehsalında bu ölkənin qabaqcıl təcrübələrindən yararlana biləcəyik. "
Pakistan isə Azərbaycan pambığını və ipliklərini idxal etməklə həm daxili istehsal tələblərini, həm də ixrac məqsədlərini qarşılamaq üçün imkanlar əldə edəcək. Bu əməkdaşlıq, hər iki ölkənin sənaye sektorları arasında qardaşlıq münasibətlərini gücləndirəcək və davamlı iqtisadi faydalar yaradacaq.
Səfər zamanı Azərbaycanın Pakistandakı Səfiri Xəzər Fərhadov Prime Cotton nümayəndə heyəti ilə görüşmüş, Pakistan və Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyəti və inkişafından, iki ölkə arasındakı geniş ticarət imkanlarından və səfirliyin bu istiqamətdə gördüyü işlərdən geniş məlumat vermişdir. Bununla yanaşı, Azərbaycan pambığının Pakistan bazarında mövqeyinin güclənməsi üçün əlindən gələn dəstəyi verəcəyini ifadə etmişdir.
GP Cotton Holdings tərkibində fəaliyyət göstərən Prime Cotton MMC, pambıq və pambıq məhsulları istehsalında 30 illik təcrübəyə malikdir. Şirkət Azərbaycanın 20 pambıqçılıq rayonundan 15-də fəaliyyət göstərir və pambıq sahələrinin 50%-ni əhatə edir. Müasir texnologiyaların tətbiqi ilə Prime Cotton MMC, həm dayanıqlılıq prinsipinə sadiqliyini nümayiş etdirir, həm də məhsuldarlığı artıraraq sektorda innovativ yanaşmalara liderlik edir.

Biznes     Tarix: 04 yanvar 2025

Oxşar xəbərlər

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu

Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan "Jio Platforms" şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətin

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların


iqtisadi xeberler investisiya pul qazanmaq dollar manat kursu bitkoin qiymeti