Qarabağ qazisi Braziliya güləşi üzrə dünya çempionu oldu
İsveç krallığında yaşayan Birinci Qarabağ müharibəsinin qazisi, 59 yaşlı soydaşımız Səfər Əliyev ABŞ-da böyük uğur qazanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Las-Veqas şəhərində Braziliya güləşi (Brazilian jiu jitsu) üzrə keçirilən dünya çempionatında Səfər Əliyevin rəqibi Skott Kuk olub. Rəqibi üzərində üstünlük əldə edən soydaşımız çempionatın qalibi olub.
"World Master" Beynəlxalq Braziliya Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə Las-Veqas konfrans mərkəzində ("Convention Center") təşkil edilən dünya çempionatı 1-3 sentyabr tarixində baş tutub.
Qeyd edək ki, Səfər Əliyev 1991-ci ildə yaradılmış Naxçıvan Dövlət Müdafiə Komitəsinin ilk xüsusi təyinatlı bölməsində idman rotasının komandiri olub. Bu bölmə Naxçıvanın müdafiəsində ön sıralarda yer tutaraq, bir çox ağır döyüş əməliyyatlarında iştirak edib.
Soydaşımız İsveçin Partille şəhər bələdiyyəsinin məclis, Höteborq bölgəsi üzrə İnzibati və Miqrasiya məhkəməsinin münsiflər heyətinin, Qərbi Yöteland bölgəsinin səhiyyə komitəsinin üzvü Turan Əliyevin əmisidir.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Biznes nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Ən bahalı otellər hansılardır?
Shopify-da necə satışa başlamaq olar?