"Qaz ittifaqı ilə bağlı danışıqlar davam edir" - Rusiya XİN

"Tərəfdaşların sözlərini kontekstdən çıxarmağa ehtiyac yoxdur".
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yuri Sentyurin bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yuri Sentyurin bildirib ki, Rusiya, Özbəkistan və Qazaxıstan arasında üçtərəfli qaz ittifaqı ilə bağlı danışıqlar davam edir, medianın müzakirələrin şərhinə etibar etmək olmaz.
Onun sözlərinə görə, Moskva "danışıqlar üzrə tərəfdaşlarımızdan sitatların media məkanında necə göründüyünə, kontekstdən çıxarıldığına" diqqət çəkib.
"Xüsusilə bu əsasda belə qənaətə gəlinir ki, bizim Özbəkistandan olan həmkarlarımız bu işi nədənsə qəbul etmirlər. Əslində hazırda danışıqlar gedir, onlar başa çatmayıb. Bəzi mühakimələr, "ayaq üstə" atılan irad ola bilər. Bu əsasda (KİV-red.) elə nəticələr çıxarılır ki, guya Rusiyanın təklifini ölkələr qəbul etmir".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev noyabrın sonunda Kremldə keçirilən görüşdə Rusiya qazının nəqli üçün Qazaxıstan və Özbəkistanın iştirakı ilə "üçlü qaz ittifaqı"nın yaradılmasını müzakirə ediblər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da vurğulayıb ki, ilk mərhələdə "üçlü ittifaq" ideyası hələ də müzakirə edilməlidir.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə qeyd edib ki, "Rusiya, Qazaxıstan və Özbəkistanın qaz sahəsində, o cümlədən qaz tədarükü və onun emalı sahəsində əməkdaşlıq üçün böyük potensialı var.
Özbəkistanın energetika naziri Jurabek Mirzamaxmudov dekabrın əvvəlində mediaya videomüraciətində bildirib ki, Özbəkistan qonşu ölkələrdən qaz və elektrik enerjisini hansısa ittifaq vasitəsilə deyil, kommersiya müqavilələri əsasında idxal etmək niyyətindədir.
Qazaxıstanın Energetika Nazirliyi isə bəyan edib ki, qaz birliyi məsələsi üçtərəfli formatda müzakirə olunmayıb.
"Ölkələr qaz nəqli sistemlərinin texniki imkanlarını müzakirə edirlər. Eyni zamanda, qaz sahəsində əməkdaşlıq hər üç tərəfin koordinasiyasını tələb edir", – deyə Qazaxıstanın energetika naziri Bolat Akçulakov bildirib.
Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenkonun açıqlaması isə belə olub:
"Rusiya, Qazaxıstan və Özbəkistan arasında "qaz ittifaqı"nın yaradılması layihəsi dövlət səviyyəsində qərar qəbul etməzdən əvvəl gərək ekspertlər tərəfindən qiymətləndirilsin".
Hazırladı: Natiq Səlim,
KONKRET.az

Xəbərlər     Tarix: 16 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir


iqtisadi xeberler biznes qurmaq avtomobil xeberleri depozit faizleri 1000 manatla biznes