Qazaxıstan Azərbaycan vasitəsilə neft tədarükünü artırmağı planlaşdırır

Qazaxıstan Azərbaycan vasitəsilə neft tədarükünü artırmağı planlaşdırırQazaxıstan Azərbaycan vasitəsilə ixrac olunan neftin həcmini artırmaq niyyətindədir.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqların yekunu üzrə mətbuat konfransında deyib.
"Biz enerji sahəsində əməkdaşlığın qurulmasına xüsusi diqqət yetirmişik. Bu gün bizim prioritet vəzifəmiz enerji resurslarının dünya bazarlarına çatdırılmasını daha da şaxələndirməkdir. Bildiyiniz kimi, bizim sazişlər sayəsində bu il Azərbaycan vasitəsilə Qazaxıstan neftinin ilk partiyası yola salınıb. Növbəti addım tədarükün həcmini artırmaq və bunun uzunmüddətli, sabit olmasını təmin etməkdir", – Tokayev bildirib.
O, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının tam reallaşdırılmasının vacibliyini qeyd edib. "Söhbət logistika xidmətlərinin təkmilləşdirilməsindən, birgə nəqliyyat operatorlarının yaradılmasından, texniki və tarif şərtlərinin modernləşdirilməsindən, inzibati maneələrin aradan qaldırılmasından və qapalı logistika dövrəsinin yaradılmasından gedir. Orta Dəhliz marşrutunun inkişafı və istismarına dair "2022-2027-ci illər Yol Xəritəsi"nin səmərəli həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Bu marşruta artan maraqdan tam şəkildə yararlanmaq və onun infrastrukturunun inkişafına üçüncü dövlətləri cəlb etmək barədə razılığa gəlmişik. Bütün bu tədbirlər, o cümlədən beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq Şərq-Qərb istiqamətində yüklərin sabit və operativ çatdırılması təmin edəcək", – Qazaxıstan Prezidenti deyib.
Tokayev xatırladıb ki, hazırda iki ölkə arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi üzrə fəal iş aparılır. "Bu layihənin strateji əhəmiyyətini nəzərə alaraq, onun vaxtında işə salınmasını təmin etməyi tapşırmışıq. Bununla yanaşı, azərbaycanlı tərəfdaşlara dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində birgə layihələrin həyata keçirilməsi, eləcə də İT startapları üçün Qazaxıstan platformalarından istifadə etməti təklif etmişik", – dövlət başçısı vurğulayıb. / banker.az

Xəbərlər     Tarix: 10 aprel 2023

Oxşar xəbərlər

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas


iqtisadi xeberler kicik biznes bank faizleri emlak xeberleri valyuta mezennesi