Qazaxıstan Azərbaycanla neft nəqli marşrutları üzrə danışıqları davam etdirir
Qazaxıstan Azərbaycanla neftin nəqli və marşrutların diversifikasiyası məsələləri üzrə danışıqları davam etdirir.
KONKRET.azbu barədə "İnterfax Qazaxıstan"a istinadən xəbər verir.
"Hazırda Energetika Nazirliyi Milli "KazMunayQaz" Şirkəti Səhmdar Cəmiyyəti ilə birgə ixrac istiqamətlərində neftin nəqli üçün əlavə marşrutlar hazırlayır. Xüsusilə, Azərbaycan istiqamətində neftin nəqli marşrutları (Aktau-Bakı-Tbilisi-Ceyhan, Aktau-Bakı-Supsa, Aktau-Bakı-Batumi) nəzərdən keçirilir", – deyə nazirliyin mətbuat xidmətindən bildirilib.
"Hazırda Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstan tərəfi üçün neftin nəqlində ən sərfəli marşrutdur. Əlavə marşrutların inkişafının nəzərdən keçirilməsi onların potensialından, iqtisadi məqsədəuyğunluğundan və digər əlaqəli, o cümlədən texniki amillərdən asılıdır. Bundan başqa Qazaxıstanda neft hasilatının artımı da nəzərə alınmalıdır", – deyə nazirlik bəyan edib.
Xatırladaq ki, oktyabrın sonunda Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov ölkənin Qazaxıstandan Bakı-Supsa neft kəməri ilə təminatlı neftin nəqlini gözlədiyini bildirmişdi.//Oxu.az

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Whatsapp biznesin üstünlükləri nələrdir?
Ev şəraitində pul qazanmağın yolları
Onlayn biznes növləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?