Qazaxıstan, Çin və Rusiya gələcək qaz kəmərinin marşrutunu müəyyənləşdirib
Astana, Pekin və Moskva Qazaxıstanın şimal rayonlarından keçməklə Rusiyadan Çinə qaz kəmərinin inşası məsələsini müzakirə edir.
Bunu Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev deyib. Onun sözlərinə görə, qaz kəmərinin ilkin marşrutu müəyyən edilib və hazırda tikintinin şərtləri müzakirə olunur.
2023-cü ilin fevralında Qazaxıstanın sabiq energetika naziri Bolat Akçulakov "QazaqGaz" və "Qazprom" kompaniyalarının Rusiyadan Çinə beynəlxalq qaz kəmərinin inşası məsələsini nəzərdən keçirdiyini bildirmişdi. Qaz kəmərinin Kustanay, Astana, Pavlodar, Semipalatinsk və Ust-Kamenoqorsk şəhərlərindən keçəcəyi planlaşdırılır. / banker.az
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb