Qazaxıstan kriptovalyutaların alqı-satqısını leqallaşdırıb
Qazaxıstan postsovet məkanında kriptovalyutaların alqı-satqısını rəsmən leqallaşdıran dördüncü ölkə olub. Xatırladaq ki, rəqəmsal valyutaları leqallaşdıran digər ölkələr Belarus, Ukrayna və Estoniyadır. İndi ölkə sakinləri banklar vasitəsilə bitkoin, efir və digər rəqəmsal aktivlərlə əməliyyatlar apara bilərlər.
Banker.az bu barədə "Secretmag"a istinadən xəbər verir.
Qazaxıstanda qəbul edilmiş qaydalara görə, kriptovalyutalarla əməliyyatlara bir sıra şərtlərlə icazə verilir. Məsələn, kriptobirja lisenziya almalı, banklar isə bu layihəyə qoşulduqlarını bəyan etməlidirlər. Səlahiyyətlilər əməliyyatlara nəzarət və müştəri vəsaitlərinin təhlükəsizliyi üçün "ən yüksək qlobal standartlardan" danışıblar.
Tenge ilə kriptovalyuta almaq imkanından əlavə, layihəni hazırlayan Avrasiya Bankı ilin sonuna qədər ölkədə xüsusi kriptokart buraxmağı planlaşdırdığını açıqlayıb. Onun köməyi ilə mağazalarda kriptovalyuta ilə ödəniş etmək mümkün olacaq. Əməliyyat müştərinin "Intebix" kriptovalyuta birjasındakı hesabından tenge ilə həyata keçiriləcək.

"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"Bitcoin" 61 min dolları ötüb - SON QİYMƏT
Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
Anar Axundov: "Azərbaycanda İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir"
Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış
Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı
XalqKart "Qara Cümə" alış-verişlərində 5 % keşbek/bonus qazandırır
Shopify-da necə satışa başlamaq olar?
ZARA-nın uğur hekayəsi
Green Card nədir və onu necə əldə etmək olar?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Kriptovalyuta məzənnəsi necə analiz olunur?