Qazaxıstan neftinin BTC ilə nəqlinin artırılması təhlil olunur

Qazaxıstan neftinin BTC ilə nəqlinin artırılması təhlil olunurQazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) ilə nəqlinin artırılmasının reallaşması üçün texniki və kommersiya həll yollarının analizi aparılır.
Bu barədə SOCAR-ın məlumatında bildirilir.
"Gələcəkdə BTC vasitəsilə Qazaxıstan neftinin tranzitinin artırılması mümkündür. İlkin razılaşma olaraq 1.5 mln. ton neftin tranziti nəzərdə tutulub və gələcəkdə əməkdaşlıq daha da genişləndirilərək nəql olunacaq qazax neftinin həcminin artırılması planlaşdırılıb. Lakin Qazaxıstan neft həcmlərinə tətbiq olunan mövcud limitləri nəzərə alaraq, bunun reallaşması üçün texniki və kommersiya həll yollarının analizi aparılır", – mənbə qeyd edib.
Qeyd etmək lazımdır ki, bu ilin martın 23-də SOCAR "Tengiz" yatağında hasil edilən Qazaxıstan neftinin BTC boru kəməri ilə tranzitinə başlayıb. Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və "KazMunayQaz" şirkəti arasında ildə 1.5 mln. ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir.
Xeyr BTC vasitəsilə nəql olunan Qazaxıstan nefti "Azeri Light" markalı neftin keyfiyyətinə heç bir təsir etməyəcək. Çünki qazax neftinin göndərilməmişdən əvvəl xarakteristikası və keyfiyyəti yoxlanılır, həmçinin BTC tərəfindən nəql olunan Qazaxıstan neftinin keyfiyyətinə və həcminə tətbiq olunan limitlər "Azeri Light" neftinin keyfiyyətinin dəyişməsinə icazə vermir", – mənbə bildirib.
O, əlavə edib ki, nəql imkanlarının məhdudiyyətləri neftin keyfiyyətindən asılıdır və bu məhdudiyyətlər keyfiyyət göstəricilərinin boru kəmərinə uyğunluğunun yoxlanılmasından sonra müəyyən olunur.
Xatırladaq ki, 2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin (Qazaxıstan nefti ilə yüklənmiş) həyata keçirilməsi planlaşdırılır.
SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb. / banker.az

Xəbərlər     Tarix: 10 aprel 2023

Oxşar xəbərlər

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler kicik biznes emlak xeberleri valyuta kurslari dollar kursu