Qazaxıstan neftinin BTC ilə tranzitinin həcminin artırılması müzakirə edilir

Qazaxıstan neftinin BTC ilə tranzitinin həcminin artırılması müzakirə edilirAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "KazMunayQaz" Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə tranzitinin həcminin artırılması məsələsini müzakirə edir.
Bu barədə Qazaxıstanın paytaxtında Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında iştirak edən Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov bildirib.
Lakin o, Azərbaycanın əsas ixrac neft kəməri ilə Qazaxıstan neftinin nəqlinin həcminin nə qədər artırılmasının planlaşdırıldığına cavab verməkdə çətinlik çəkib.
Nazir müavini xatırladıb ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" layihəsi hazırlanıb.
"Əminəm ki, sənədin imzalanması əlaqələrimizi strateji səviyyəyə qaldırmağa kömək edəcək", – O.Zeynalov vurğulayıb.
O, çərşənbə axşamı Astana görüşündə çıxışı zamanı bildirib ki, ümumilikdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli inkişaf edir.
O.Zeynalov ötən ilin martından Qazaxıstan neftinin BTC kəməri ilə nəqlinin bərpasını xüsusi qeyd edib: "Bu əməkdaşlığın müsbət dinamikası gələcəkdə neft nəqlinin səviyyəsini artırmağa imkan verir".
"KazMunayQaz" şirkətinin mətbuat xidmətinin məlumatına görə, 2023-cü ildə Aktau limanından BTC sisteminə 1 milyon tondan bir qədər çox Qazaxıstan nefti göndərilib. Bu ilin birinci yarısında bu rəqəm 700 min tondan çox olub.
Xatırladaq ki, 2022-ci ildə "KazMunayQaz" və SOCAR arasında Aktau-Bakı-Ceyhan marşrutu üzrə illik həcmi 1,5 milyon ton olan neftin tranziti üzrə 5 illik müqavilə bağlanılıb. / banker.az

Xəbərlər     Tarix: 06 avqust 2024

Oxşar xəbərlər

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum


iqtisadi xeberler valyuta kurslari bitcoin qiymeti bu gunun xeberleri avtomobil xeberleri