Türkiyə hökuməti, inflyasiya mühasibatlığı qaydasına yenidən baxacaq
Türkiyə hökuməti, şirkətlərin hesabları yüksək inflyasiyaya görə uyğunlaşdırmağı tələb edən mühasibat uçotu qaydasını yenidən dəyərləndirir.
Biznes.az xəbər verir ki, adlarının açıqlanmasını istəməyən mənbələr bildiriblər ki, hökumət ötən həftə parlamentə təqdim olunan "torba qanun"a 2025–2027 hesabat dövrləri üçün tətbiqin təxirə salınmasını nəzərdə tutan bir maddə əlavə etməyi planlaşdırıb, lakin sonradan bundan imtina edib.
Mənbələr qeyd ediblər ki, "inflyasiya mühasibatlığı" adlanan qaydanın təxirə salınması ilə bağlı danışıqlar davam edir və əlavə qiymətləndirmədən sonra yekun qərar veriləcək.
Xəzinə və Maliyyə Nazirliyi isə şərh verməkdən çəkinib.
Türkiyə, üç illik daxili istehsalçı qiymət artımının 100 faizi aşmasından sonra 2024-cü ildə maliyyə olmayan şirkətlər üçün inflyasiya mühasibatlığı tətbiq etməyə başlayıb. Tətbiq şirkətlərin maliyyə hesabatlarının alıcılıq qabiliyyəti və mənfəətlilikdəki dəyişiklikləri əks etdirəcək şəkildə tənzimlənməsini təmin edir və qeyri-parasal aktivlərin necə vergiyə cəlb olunmasına təsir göstərir.
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə