Qazaxıstan "OPEC+" çərçivəsində artıq neft hasilatını kompensasiya edəcək
Qazaxıstan "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində 2024-cü ilin birinci yarısında qeydə alınan neftin artıq istehsalını 2025-ci ilin sentyabrına qədər kompensasiya edəcək.
Bu barədə ölkənin Energetika Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, "OPEC+" nazirlərinin 37-ci iclasının qərarından sonra Qazaxıstan təfərrüatlı təzminat planı hazırlayıb və ona əsasən ilin birinci yarısında qeydə alınan artıq istehsalı 2025-ci ilin sentyabrına qədər mərhələli şəkildə kompensasiya edəcək.
"Qazaxıstan "OPEC+" sazişinə sadiqliyini bir daha təsdiq edir və OPEC+ üzv ölkələri ilə birgə qəbul edilən qərarları dəstəkləyir", – məlumatda qeyd olunur.
Bildirilir ki, Qazaxıstan öz öhdəliklərini yerinə yetirmək və planlaşdırılmış kompensasiya planına uyğun olaraq artıq istehsalın kompensasiyasını ödəmək üçün bütün səylərini göstərəcək. / banker.az
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə