Qazaxıstan öz neftini Bakı-Supsa boru kəməri ilə nəql edə bilər

Qazaxıstan öz neftini Bakı-Supsa boru kəməri ilə nəql edə bilərQazaxıstan öz neftini nəql etmək üçün Gürcüstan ərazisindən keçən Bakı-Supsa neft boru kəmərindən istifadə edə bilər. Bu plan regionda həm iqtisadi, həm də geosiyasi tarazlığı dəyişəcək.
Bunu Qazaxıstanın "Kazmunaigaz" dövlət şirkətinin idarə heyətinin sədri Maqzum Mirzaqaliyev söyləyib. Onun sözlərinə görə, SOCAR yaxın müddətdə məsələ ilə bağlı təkliflər hazırlayacaq.

M.Mirzaquliyev deyib ki, Azərbaycan hələ 2022-ci ildə neft nəqli üçün Qazaxıstana illik gücü 6 milyon tona qədər olan Bakı-Supsa boru kəmərini təklif edib. Məsələ ilə bağlı xeyli vaxtdır müzakirələr aparılır.
Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili də məsələyə münasibət bildirib. O, Qazaxıstan neftinin nəqli ilə bağlı danışıqların iki ilə yaxındır davam etdiyini təsdiqləyib və bu il həmin kəmərlə neftin nəqlinə başlanacağına ümid edir.
L.Davitaşvili qeyd edib ki, bu, təkcə Gürcüstanın məsələsi deyil və Qazaxıstan neftinin boru kəmərinə daxil olması üçün bir neçə ölkə ilə çox sıx əməkdaşlıq mövcuddur. "Bizim birbaşa təmasda olduğumuz BP ilə sıx əməkdaşlıq tələb olunur və prinsipcə mövqelər tam uyğundur.
Neft kəmərindən istifadəyə gəlincə, bu məsələdə Azərbaycan tərəfinin mövqeyi vacibdir və burada da intensiv dialoq gedir. Müəyyən şərtlərlə razılaşmaq lazım idi, çünki Qazaxıstan nefti başqa növdür və Azərbaycan nefti ilə qarışdırıla bilməz", – deyə Davitaşvili vurğulayıb.
Bildirilib ki, Qazaxıstan artıq öz neftinin tranziti üçün Bakı-Tbilisi-Ceyhan marşrutundan istifadə edir. Ötən il bu kəmərlə 1.39 milyon ton Qazaxıstan nefti daşınıb. / banker.az

Xəbərlər     Tarix: 02 aprel 2024

Oxşar xəbərlər

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm


iqtisadi xeberler avtomobil xeberleri dollarin kursu bu gun valyuta xeberleri valyuta kurslari