Qazaxıstan paytaxtının əsas küçələrindən birinə Heydər Əliyevin adı veriləcək
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin göstərişi ilə paytaxt Nur-Sultanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı yeni küçəyə veriləcək.
"Bir vaxtlar paytaxtımızın küçələrindən birinə görkəmli dövlət xadimi, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin adı verilmişdi. Ancaq şəhər inkişaf edir və indi bu küçə o qədər təmtəraqlı görünmür. Ona görə də mən qərar qəbul etdim və paytaxt rəhbərinə göstəriş verdim ki, paytaxtımızın böyük küçələrindən və ya prospektlərindən birinə Heydər Əliyevin adının verilməsi istiqamətində təkliflə çıxış etsin. Yəni biz o küçənin adını başqasına və daha uyğun bir məkana verəcəyik. Hesab edirəm ki, bu, tamamilə haqlı qərardır", – deyə Qazaxıstan prezidenti vurğulayıb.
Qeyd edək ki, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Azərbaycan Respublikasına avqustun 24-də bir günlük rəsmi səfər edib.
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad