Qazaxıstan və Azərbaycan 5 milyon ton Qazaxıstan neftinin nəqli ilə bağlı danışıqlar aparır
Qazaxıstan və Azərbaycan bu il Bakı-Supsa boru kəməri ilə 5 milyon ton Qazaxıstan neftinin nəqli üçün danışıqlar aparır. Çünki Astana Rusiya tranzitindən asılılığını azaltmağa ümid edir.
Bu barədə Reuters agentliyi məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, neft Qazaxıstanın Xəzər dənizindəki şelfindəki nəhəng Kaşaqan yatağından gələ bilər.
İki Azərbaycan rəsmisi və bir qazax mənbəsinin bildirdiyinə görə, Azərbaycan təklif edib və tərəflər hazırda detalları müzakirə edirlər.
Neftinin böyük hissəsini Xəzər Konsorsiumunun Rusiyadan keçən boru kəməri ilə Avropaya nəql edən Qazaxıstan Ukrayna münaqişəsinə görə marşrutları şaxələndirməyə çalışır. / banker.az
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb