Qazaxıstana investisiya axını 10 illik REKORDU QIRDI

Qazaxıstana investisiya axını 10 illik REKORDU QIRDIQazaxıstan rekord həcmdə birbaşa xarici investisiya cəlb edib.
KONKRET.azxəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2022-ci ilin sonunda Qazaxıstana birbaşa xarici investisiyaların ümumi axını 28 milyard dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə (23,8 milyard dollar) 17,7 faiz çoxdur. Bu, son 10 ildə rekord göstəricidir, 2012-ci ildə BXİ 28,9 milyard dollar olub.
Belə ki, hökumətin və regional akimatların son bir ildə gördüyü işlər sayəsində 2026-cı ilə qədər İnvestisiya Siyasəti Konsepsiyasının aralıq hədəf göstəriciləri 14,3 faiz (plan 24 milyard dollar) artıqlaması ilə yerinə yetirilib.
İnvestisiyaların həcminə görə respublikada lider öklələr bunlardır:
Niderland – 8,33 milyard dollar (19,7 faiz artım)
ABŞ – 5,1 milyard dollar (+81,9 faiz),
İsveçrə – 2,8 milyard dollar (+2,4 faiz),
Belçika – 1,56 milyard dollar (+46 faiz),
Rusiya – 1,52 milyard dollar (-19,7 faiz),
Cənubi Koreya – 1,48 milyard dollar (+84,8 faiz),
Çin – 1,43 milyard dollar (-22,5 faiz),
Fransa – 770,2 milyon dollar (+27,4 faiz),
Böyük Britaniya – 661 milyon dollar (-35,7 faiz),
Almaniya – 469,5 milyon dollar (+45,4 faiz).
Sənaye kontekstində ən böyük investisiyalar aşağıdakılara yönəldilib:
Mədən sənayesi – 12,1 milyard dollar (+25 faiz).
Emal sənayesi – 5,6 milyard dollar (+3 faiz).
Topdan və pərakəndə ticarət – 5,08 milyard dollar (+36 faiz).
Peşə, elmi və texniki fəaliyyət – 1,1 milyard dollar (2,1 dəfə artım).
Nəqliyyat və anbar – 1,1 milyard dollar (+14 faiz).
Tikinti – 698 milyon dollar (-3 faiz).
Maliyyə və sığorta fəaliyyəti – 650 milyon dollar (-60 faiz).
Elektrik enerjisi və qaz təchizatı – 635,6 milyon dollar (2,8 dəfə artım).
Regionlar arasında xarici kapitalın cəlb edilməsində ən fəal vilayət:
Atırau vilayəti – 8,2 milyard dollar (+48 faiz),
Almatı – 7,57 milyard dollar (+11 faiz),
Astana – 2,25 milyard dollar (2 dəfə artım),
Almatı vilayəti – 698,2 milyon dollar (+47 faiz),
Akmola vilayəti – 376,3 milyon dollar (6,3 dəfə artım),
Qızılorda vilayəti – 336,5 milyon dollar (+36 faiz),
Jambil vilayəti – 62 milyon dollar (3 dəfə artım).
İqbal Rzayev,
KONKRET.az

Xəbərlər     Tarix: 11 aprel 2023

Oxşar xəbərlər

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler kicik biznes emlak xeberleri valyuta kurslari dollar kursu