Qazaxıstanda keçmiş McDonald's restoranları brend olmadan - YENİDƏN AÇILIR

Qazaxıstanda keçmiş McDonald's restoranları brend olmadan - YENİDƏN AÇILIRQazaxıstanda əvvəllər McDonalds brendi ilə işləmiş restoranlar bazar ertəsi günü brendsiz işini bərpa edəcək.
Qazaxıstanda "McDonalds" lövhələri belə söküldü - VİDEO
FED.az xəbər verir ki,  McDonalds-ın Qazaxıstandakı françayzi "Food Solutions KZ" məlumat yayıb.
Yanvarın 5-də McDonalds-ın Qazaxıstandakı mətbuat xidməti bildirmişdi ki, Qazaxıstanın "Food Solutions KZ" şirkəti tərəfindən idarə olunan fast food restoranları bundan sonra McDonalds brendi altında fəaliyyət göstərməyəcək. Qeyd edilmişdi ki, fəaliyyətin bərpası və yeni adla yeni fast food restoranlarının açılışının vaxtı yaxın vaxtlarda açıqlanacaq. 
Yanvarın 10-da "Food Solutions KZ LLP" şirkətinin rəhbəri Aset Maşanov jurnalistlərə bildirib ki, şirkətin əsas vəzifəsi bəlkə də brendsiz, gələcəkdə isə yeni yerli brend altında işi bərpa etməkdir.
Əvvəllər McDonalds loqosu yerləşdirilən restoranlardan birinin damında indi qazax və rus dillərində "Biz açığıq" lövhələri quraşdırılıb. Restoranın qapısında restoranın saat 10.00-da  açılacağı barədə elan var.
Məlumat lövhələrinə əsasən, restoran öz müştərilərinə "Beef Tay", "Chicken Tay", "Grand Cheeseburger", "Fish Burger" və s. təklif edəcək.
"Food Solutions KZ"-nin mətbuat xidməti bildirir ki, restoranların açılışı tədricən aparılacaq, ilkin mərhələdə Alma-Atada beş restoran açılacaq. Press-relizdə deyilir ki, şirkət yenilənmiş menyu, digər restoranların yenidən açılış cədvəli və yeni adla bağlı tam təfərrüatları tezliklə təqdim edəcək.
"Bu, şirkətimizin həyatında yeni bir səhifədir. Biz hər bir şəhərdə tədricən restoranların qapılarını qonaqların üzünə açmağa hazırlaşırıq. Biz iaşə sənayesində lider mövqeyimizi qorumaq niyyətindəyik. Hələlik restoranlar adsız açılacaq, lakin yaxın vaxtlarda biz yeni adımızı təqdim edəcəyik", - şirkətin press-relizində bildirilir.
Qazaxıstandakı McDonalds (Food Solutions KZ LLP) yerli təchizatda məhdudiyyətlər səbəbindən noyabrın ortalarında işlərini dayandırıb. McDonalds-ın Qazaxıstandakı françayzi 590 milyon dollarlıq sərvəti ilə 2021-ci ildə "Forbes Kazakhstan" jurnalına görə ölkənin ən varlı iş adamları reytinqində 14-cü yerdə olan Kayrat Boranbayevdir.
McDonalds 2022-ci ilin martında Rusiyadakı fəaliyyətini dayandırıb və daha sonra şirkət bazarı tamamilə tərk edərək Rusiyadakı biznesini satmağa qərar verib. (Marja)

Biznes     Tarix: 23 yanvar 2023

Oxşar xəbərlər

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI

Yumşaq inventarlar, yataq ləvazimatları, geyimlər və s. satan "Novruzlu AF" MMC (VÖEN: 1507399671) dövlət satınalmaları üzrə "etibarsız təchizatçı"lar siyahısına əlavə edilib. Müştərilərə məhsulu üzərindək

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm


iqtisadi xeberler biznes qurmaq bitkoin qiymeti dollarin kursu bu gun en son xeberler