Qazaxıstanla imzalanan Bəyannamə Azərbaycanla Aİ arasındakı münasibətləri niyə və necə möhkəmləndirəcək?

Qazaxıstanla imzalanan Bəyannamə Azərbaycanla Aİ arasındakı münasibətləri niyə və necə möhkəmləndirəcək?Avqustun 24-də Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin Azərbaycana baş tutan rəsmi səfəri ciddi və tarixi qərarlarla yadda qaldı. Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan arasında imzalanan sənədlər iki ölkə arasındakı münasibətlərin mütəffiqlik səviyyəsinə çatmasını tamamilə təmin etmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan prezidenti Qasım Jomərt Toqayevin fikirlərini hər iki ölkənin 2022-2026-cı illəri əhatə edən əməkdaşlıq istiqamətlərinin və yeni inkişaf konsepsiyasının mühüm tezisləri kimi qəbul etmək olar.
Məsələn, Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata verdiyi bəyanatında bildirir:
"... ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb. Lakin biz əməkdaşlığın gələcək istiqamətlərini müəyyən etmişik ki, Orta Dəhlizin buraxıcılıq qabiliyyətini daha da artıraq...".
İlham Əliyev Orta Dəhliz buraxıcılıq qabiliyyəti deyərkən nədən danışır və verdiyi mesajlar nəyə hesablanıb?
Orta Dəhliz Asiya ilə Avropa arasında ticarət, kommunikasiya əlaqələrini nəzərdə tutan beynəlxalq marşrutdur və yaxın 5 ildə ən strateji layihələrdən biri kimi Qərblə Şərq arasında çoxmilyardlı platformaya çevrilə bilər. 2022-ci ilin fevral ayının 24-də başlayan və hələ də davam edən Rusiya-Ukrayna müharibəsi səbəbilə Orta Dəhliz müvəqqəti az əhəmiyyətli görünür. Amma müharibədən sonra tranzit yükdaşımaların həcmi artacaq, Ukraynanın sürətli bərpası prosesi aparılacaq və Asiyadan Avropaya yükdaşımalar əsasən xammal sektorunun payına düşəcək. Yükdaşımalarda enerji sektorunun payı ən yüksək həddə çatacaq.
Qasım Jomart Toqayev 2022-2025-ci illəri əhatə edən nəqliyyatın şaxələndirilməsi layihələrinə təxminən 20 milyard dollarlıq paket elan edib. Digər tərəfdən, Orta Dəhlizin pozitiv perspektivlərini nəzərə alan Azərbaycan ciddi dəstəkləyəci addımlarla bu projenin tarixi və qlobal əhəmiyyətini görür.
Şərq-Qərb aşağı dəhliz, Şərq-Qərb yuxarı dəhliz, Şimal-Cənub və Cənub-Qərb marşrutları üzrə Orta Dəhlizin ən strateji nöqtələrindən biri Azərbaycan hesab olunur.
Həmçinin, Avropa İttifaqının ən yaxın tərəfdaşlarından biri məhz Qazaxıstandır. Avropa İttifaqı ilə Qazaxıstan arasındakı münasibətlər strateji səviyyədədir və Aİ ilə Azərbaycan arasındakı müsbət perspektvləri özündə ehtiva edən münasibətlərin bundan sonra daha da inkişaf edəcəyi şübhə doğurmur. Aİ Qazaxıstanı xarici ticarətin əsas favoriti hesab edir və statistik rəqəmlər də bunu isbatlayır.
Qazaxıstanla imzalanan Bəynanamə Avropa İttifaqının Azərbaycanla daha sıx işləməsinə, ölkənin Qərbə inteqrasiya prosesinə misilsiz töhfə vermiş olacaq.
Bu məsələdə Qazaxıstan təkcə ticarət tərəfdaşı kimi çıxış etməyəcək, həm də Aİ ilə Azərbaycan arasında siyasi körpü rolunu oynamış olacaq. 
Preizdent İ.Əliyev daha sonra qeyd edir: "Birgə Bəyannamədə (Qazaxıstanla – S.F) Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq...".
Məncə, İ.Əliyevin hansı səviyyədə strateji qərarlar qəbul etdiyini izah etməyə lüzum yoxdur. Azərbaycan əsasən iki komponent üzrə Orta Dəhlizdə yer alırdı – dövlət olaraq və Xəzər amili üzrə... Ancaq Zəngəzur dəhlizi açılacaqsa, Azərbaycanın bütün super güclər üçün strateji müttəfiqə çevriləcək. Ən əsası, Çin, Rusiya, Türkiyə, Gürcüstan, Avropa ölkələri (Aİ) və hətta İran yaxın gələcəkdə Zəngəzurla bağlı Ermənistana "sürpriz" bəyanatlar verə bilərlər. Çünki Zəngəzur dəhlizi açılsa, Ermənistan bir dövlət kimi öz cəlbediciliyini əhəmiyyətini itirmiş olacaq.
 Samir Feyruzov

Xəbərlər     Tarix: 25 avqust 2022

Oxşar xəbərlər

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm


iqtisadi xeberler iqtisadiyyat xeberleri investisiya kripto valyuta xeberleri