"Qazprom" "Şimal axını"nı dayandıracaq
"Qazprom" "Şimal axını" qaz kəməri ilə qaz nəqlini üç gün müddətinə dayandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə şirkətin Teleqram kanalında məlumat verilib.
Bildirilib ki, yeganə işləyən Trent 60 qaz kompressor qurğusu avqustun 31-də texniki xidmət və planlı profilaktik təmir üçün üç gün müddətinə bağlanacaq. Kompleks işlər "Siemens" şirkətinin mütəxəssisləri ilə birgə aparılacaq.
"GPA Trent 60 DLE-yə 31.08.2022-ci il tarixindən 09.02.2022-ci il tarixədək texniki xidmət müddəti üçün "Şimal axını" qaz kəməri ilə qaz nəqli üç gün müddətinə dayandırılacaq", – şirkətdən bildiriblər.
Əlavə edilib ki, "Siemens"in texniki sənədlərinə uyğun olaraq qurğuya hər min saatdan bir texniki xidmət göstərmək lazımdır.
Təmir işləri başa çatdıqdan sonra qazın nəqli bərpa edilərək gündə 33 milyon kubmetrə çatdırılacaq.
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq