Qərb əndazəni aşdı: dəyərlər yerlə-yeksan edilir

Qərb əndazəni aşdı: dəyərlər yerlə-yeksan edilirQərb özünü "liberal" kimi təqdim edir, amma liberalizmin qəbrini qazmaqla, bütün prinsiplərini, dəyərlərini yerlə-bir etməklə məşğuldur.
KONKRET.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Rusiya neftinə tətbiq edilən qiymət məhdudiyyəti ilə bağlı qeyd edib.
O bildirib ki, Rusiyanın işğalçı siyasətini bəhanə edib, neft-qaza qiymət qoymağa çalışırlar, təhlükəli presedent yaradırlar:
"Bu gün Rusiyaya, neft-qaz bazarına tədbiq edilən qiymət məhdudiyyəti, dövlətlərin bazara kobud müdaxiləsi sabah başqa ölkələrə, başqa növ mal və xidmətlərə də şamil edilə bilər – bu isə əsl "kommunist" yanaşması, dövlətin iqtisadiyyata axmaqcasına müdaxiləsidir.
"Nyu-kummunist liberallar" tək iqtisadiyyata müdaxilə ilə qalmırlar, azadlıqları, söz-mətbuat azadlıqlarını da boğmağa cəhd edirlər – sosial şəbəkələrə müdaxilə edirlər, saytları bloklayırlar, elə Rusiya kimi avtoritar yanaşma ilə davranaraq, bunu "liberalizm" kimi qələmə verirlər.
İndi də İlon Maskı, onun sahibi olduğu Tvitteri hədəf alıblar – AB daxili bazar üzrə komissarı (yeri gəlmişkən, vəzifələrin adını "komissar" qoymaqla da kommunistlərə çox bənzəyirlər) Terri Breton AB ərazisində bu sosial şəbəkənin bloklana biləcəyini bəyan edib, müxtəlif mənasız səbəblər səsləndirib, amma əsl səbəb odur ki, Mask Tvitterdə söz azadlığını genişləndirməyi düşünür, hətta 2020-ci il ABŞ-da prezident seçkilərində baş verən pozuntularla bağlı sensasion sənədlər dərc edib – dərhal da AB ona qarşı hərəkətə keçməklə bağlı bəyanat səsləndirib".
Ekspert bildirib ki, Qərbə münasibət onun dəyərlərinə, seçki, söz, toplaşmaq və başqa azadlıqların qorunmasını görədir:
"Ümumbəşəri dəyərlər olan azadlıqların qorunması missiyasını məhz Qərb öz üzərinə götürmüşdü, indiki siyasi elitanın böyük bir hissəsi isə əsl "kommunist" yanaşma ilə azadlıqları məhdudlaşdırmağa, iqtisadiyyata kobudcasına müdaxilələrə cəhd edir".

Xəbərlər     Tarix: 04 dekabr 2022

Oxşar xəbərlər

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml


iqtisadi xeberler bitkoin valyuta xeberleri bitkoin qiymeti rubl mezenne