Qətər bu türk dövlətinə 12 milyard dollarlıq investisiya QOYUR
Aparıcı Qətər şirkətləri Özbəkistanda dəyəri 12 milyard dollardan çox olan iri investisiya layihələrinin həyata keçirilməsində iştirak edəcəklər.
KONKRET.azyerli mediaya istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti məlumat yayıb.
Bildirilib ki, tərəflər Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taninin Mərkəzi Asiya Respublikasına dövlət səfəri zamanı razılığa gəliblər.
Belə ki, energetika, qaz-kimya sənayesi, kənd təsərrüfatı, infrastruktur, logistika, turizm və digər sənaye sahələrində investisiya layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
Məlumata görə, sentyabrda Özbəkistan-Qətər investisiya forumunda müvafiq sazişlərin bağlanması təklif olunur.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Qətər Əmiri arasında Səmərqənddə keçirilən danışıqlarda ikitərəfli ticarət göstəricilərinin dəfələrlə artırılması, mədəni, təhsil və turist mübadiləsinin intensivləşdirilməsi, iki ölkə arasında müntəzəm aviareyslərin açılmasına hazırlıq müzakirə edilib.
Qeyd edək ki, ölkə liderlərinin iştirakı ilə 15 sənəd imzalanıb:
hökumətlər arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş;
prioritet investisiya layihələrinin maliyyələşdirilməsi üçün birgə platformanın yaradılması haqqında saziş;
ikiqat vergitutmanın aradan qaldırılması, gəlir və əmlak üzrə vergidən yayınmanın qarşısının alınması haqqında saziş;
gömrük məsələlərində qarşılıqlı yardım haqqında saziş;
əmək münasibətləri sahəsində əməkdaşlıq haqqında saziş;
Xarici İşlər və Ədliyyə Nazirlikləri vasitəsilə 2023-2025-ci illər üçün əməkdaşlıq proqramları və digər sənədlər.
Həmçinin Şavkat Mirziyoyev və Təmim bin Həməd Al Tani qlobal və regional məsələləri də müzakirə ediblər. Xüsusilə Əfqanıstanla bağlı praqmatik siyasətin qurulması, ölkə iqtisadiyyatının dəstəklənməsi və əfqan xalqına humanitar yardımın göstərilməsinin vacibliyini vurğulanıb. Bu kontekstdə Qətərin Trans-Əfqan Dəmir Yolu Dəhlizinin yaradılması layihəsinin həyata keçirilməsində iştirak perspektivləri nəzərdən keçirilib.
Tamim bin Həməd Al Tani Özbəkistan Prezidentini münasib vaxtda Qətərə səfərə dəvət edib.
İqbal Rzayev,
KONKRET.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Dünyanın əh bahalı brendləri - TOP-10
Whatsapp biznesin üstünlükləri nələrdir?
1000 manatla hansı biznesi qurmaq olar?
ZARA-nın uğur hekayəsi
Startup nədir və necə olur?