Qızıl daha da bahalaşa bilər
Cümə axşamı Avropa Mərkəzi Bankı ilin ilk iclasında uçot faiz dərəcəsini 50 baza bəndi artırdı. Bank sərt monetar siyasət dövrünə girdiyi vaxtdan bəri faiz dərəcələrini 350 baza bəndi artırıb. Beləliklə, faiz dərəcələri 2008-ci il böhranından bəri ən yüksək səviyyəyə qalxdı.
AMB-nin baş tutan mətbuat konfransında verilən açıqlamalar fonunda Avrozonada fevral ayı üçün inflyasiya proqnozlarının artdığı görünür. Beləki, fevral ayında İstehlak Qiymətləri İndeksinin (CPI) aylıq 0.8%-ə, illik 8.5%-ə, baza inflyasiyanın isə illik müqayisədə 5.6%-ə kimi yüksələrək yeni anti-rekorda imza atacağı proqnozlaşdırılır.
ECB-də inflyasiyanın 2023-cü ildə orta hesabla 5.3%, 2024-cü ildə 2.9% və 2025-ci ildə 2.1%, baza inflyasiyanın isə 2023-cü ildə orta hesabla 4.6%, 2024-cü ildə 2.5% və 2025-ci ildə 2.2% olacağı ehtimal edilir.
ECB qərarından sonra ilk reaksiya olaraq EUR/USD pariteti 1.06$-ın üzərinə yüksəlib.
Bu gün Avrozonada inflyasiya göstəriciləri AMB-nin proqnozlarına uyğun olaraq artımla açıqlanarsa, EUR/SD və GBP/USD məzənnələrində artım tendensiyası daha kəskin xarakter ala bilər.
Qızıl artan qeyri-müəyyənliklər fonunda "Güvəmli liman" rolunu uğurla davam etdirir. Dollar indeksinin 103.80 bənd hədlərinə geriləməsi qiymətli metalın bir unsiya üzrə dəyərinin 1933$-a kimi bahalaşmasına səbəb oldu. Əgər DXY geriləməyə davam edərsə, qızıl 1937$ və 1948$-a kimi bahalaşa bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Marketinq nə demədir?
Start-up nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?