Qızıla tələb artır, 2010 dollaradək bahalaşa bilər
Cümə axşamı Amerikada proqnozların altında açıqlanan ÜDM göstəricilərindən sonra dollar üzərində təzyiqlər bir qədər də artdı. Nəticədə EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.09$ və 1.24$-a kimi bahalaşdı.
Qeyd edək ki, bugün İngiltərədə dərc olunacaq İqtisadi İnkişaf Səviyyəsi, Avrozonada İstehlak Qiymətləri İndeksi, eləcə də Almaniyada Əmək bazarı və ABŞ-da bir sıra vacib inflyasiya göstəriciləri dolların qiymətinin major valyutalar qarşısında necə dəyişəcəyinə ciddi təsir edə bilər.
Təhlillərə əsasən Avrozonada inflyasiya artımla açıqlanarsa, mövcud bank böhranları fonunda Avropa Mərkəzi Bankının faiz artımı siyasətində necə davranacağına dair narahatlıqları da paralelində gətirə bilər. Bu da qızıla olan tələbin artmasına səbəb olar.
Əgər qiymətli metalın bir unsiya üzrə dəyəri 1980$ səviyyəsinin üzərində möhkəmlərsə, artım tendensiyasının 2010$-a kimi davam edəcəyi ehtimal edilir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər
"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
"Bank Respublika" "AccessBankı" aldıqdan sonra aktivləri ₼4,5 milyarda çatacaq
ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı
Bir 1000-dən çox gənci "Spark "26" festivalında bir araya gətirdi
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
CV hazırlayarkən buraxılan 5 səhv
Biznes nədir və hansı növləri var?
Whatsapp biznesin üstünlükləri nələrdir?
Biznes nədir?