Qızıla tələb artır, daha da bahalaşa bilər - GÜNƏ BAXIŞ
Milad həftəsi olması səbəbilə birjalarda durğunluq davam edir.
Ötən həftənin sonundan başlayaraq dollar indeksindəki enişlər davam edir. 103.90 bənd hədlərində qərarlaşan DXY 103 bənd səviyyəsindəki dəstək həddinin altına düşsə və "ayılar" qiyməti bu səviyyənin altında saxlaya bilsələr, indeksdə sentyabr ayından etibarən davam edən aşağı istiqamətlənmiş kanalın aşağı sərhəddi - 100 bənd səviyyəsi test edilə bilər. Bu isə major vaıyutaların dollar qarşısında qiymətlərinə dəstək ola bilər.
106 bənd səviyyəsindəki müqavimət qırılacağı təqdirdə isə DXY-110 bənd hədlərinə kimi yüksələ bilər.
İlin son həftəsində dollar indeksinin geriləməsi və növbəti il üçün ehtimalların qaranlıq olması səbəbindən investorların risklərini qızılda diversifikasiya etdiyi müşahidə olunur. Bu səbəbdən də qızıla tələb artır. Təhlillərə əsasən hazırda 1811$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1813$ həddini qırsa, 1820$ və 1826$-a kimi bahalaşa bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Ev şəraitində pul qazanmağın yolları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dropshipping nədir?