Qızılın bahalaşmasının davam edəcəyi ehtimal edilir
İnvestorlar bu həftə ABŞ-da inflyasiya məlumatlarının açıqlanmasını gözləyərkən, həftənin ilk ticarət günündə birjalarda qarışıq tendensiya müşahidə edildi.
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Nyu York Şöbəsinin açıqladığı məlumatlara görə, Amerika istehlakçılarının qısamüddətli inflyasiya gözləntiləri aprel ayında 4.4%, orta müddətli inflyasiya gözləntiləri 2.9%, uzunmüddətli inflyasiya gözləntiləri isə 2.6% səviyyəsinə yüksəlmişdir.
Həmçinin defolta səbəb ola biləcək 31.4 trilyon dollarlıq borc həddinə çatan ABŞ-da sözügedən limitlə bağlı çıxılmaz vəziyyət davam edərkən, Ağ Ev ABŞ prezidenti Co Baydenin bugün bu çərçivədə konqres liderləri ilə görüşəcəyini açıqlayıb.
İlk olaraq qeyri-müəyyənliyin kredit risklərini artırdığını vurğulamaq lazımdır.
Qlobal iqtisadiyyatlarda artan narahatlıqlar fonunda qızıl "güvənli liman" missiyasını davam etdirir. Təhlillərə əsasən hazırda 2026$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 2029$ səviyyəni qıra bilsə, artım tendensiyasının 2038$-a və 2050$-a kimi davam edəcəyi ehtimal edilir.
Məlumat İnvestAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes plan necə yazılır?
"Freelance" nədir?
İban nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Yatırım olmadan necə biznes qurmaq olar?