Qızılın bahalaşmasının davam edəcəyi ehtimal edilir
Səngimək bilməyən qeyri-müəyyənliklər və birjaların FED-in faiz artımlarını dayandıracağı ehtimallarını qiymətləndirməyə başlaması fonunda dollar indeksinidəki artım tendesiyası yenidən enişlə əvəzlənib. Ötən həftəni 100.80 bənd səviyyəsindəki kritik dəstək həddinin üzərində, 100.86 bənddə başa vuran dollar indeksində bütün suallara bu gün açıqlanacaq aprel ayı üçün inflyasiya göstəriciləri aydınlıq gətirə bilər. Analitiklər İstehlak Qiymətləri Baza İndeksinin aylıq nüqayisədə 0.4%, illik müqayisədə isə 5.5% artacağını ehtimal edirlər. Manşet inflyasiyanın (CPİ) isə aylıq 0.4%, illik 5% artacağı proqnozlaşdırılır.
Bu gün həmçinin Almaniyada İstehlak Qiymətləri İndeksi və ABŞ-ın kommersiya məqsədli neft ehtiyyatlarının həcminə dair göstəricilər də investorlarının diqqət mərkəzində olacaq.
Qlobal iqtisadiyyatlarda artan narahatlıqlar fonunda qızıl "güvənli liman" missiyasını davam etdirir. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri 2029$ səviyyənin üzərində möhkəmlənə bilsə, artım tendensiyasının 2038$-a və 2050$-a kimi davam edəcəyi ehtimal edilir.
Məlumat İnvestAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes plan necə yazılır?
"Freelance" nədir?
İban nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Yatırım olmadan necə biznes qurmaq olar?