Qızılın bahalaşmasının davam edəcəyi ehtimal edilir - GÜNƏ BAXIŞ
ABŞ-da zəif iqtisadi göstəricilərin resessiya ilə bağlı narahatlıqları artırması fonunda dollar üzərində təzyiqlər getdikcə artır.
Beləki, ABŞ-da proqnozların altında açıqlanan "JOLTS" Vakant İş Yerlərinin Sayından sonra, ADP özəl sektor məşğulluğu isə bağlı göstərici ehtimalların çox üzərində dərc olundu.
ADP Araşdırma İnstitutunun məlumatlarına görə, ABŞ-da özəl sektorda məşğulluq aprel ayında 296 min nəfər artıb. Eyni dövrdə aprel ayında maaş artımının isə illik müqayisədə geriləyərək 6.7%-ə düşdüyünü açıqlanıb.
Həftə ərzində ABŞ Federal Ehtiyyatlar Sisteminin və Avropa Mərkəzi Bankının faiz qərarları, həmçinin bankların sədr və digər rəsmilərinin monetar siyasətin gələcəyinə dair açıqlamaları fonunda geriləyən dollar indeksində tendensiyanın necə davam edəcəyinə bu gün dərc olunacaq Amerikada Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) ilə bağlı məlumatlar ciddi təsir edə bilər.
Qlobal iqtisadiyyatlarda artan narahatlıqlar fonunda qızıl "güvənli liman" missiyasını davam etdirir. Təhlillərə əsasən hazırda 2050$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri bu səviyyənin üzərində möhkəmlənə bilsə, artım tendensiyasının 2061$-a və 2076$-a kimi davam edəcəyi ehtimal edilir.
Məlumat İnvest-AZ şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes plan necə yazılır?
"Freelance" nədir?
İban nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Yatırım olmadan necə biznes qurmaq olar?