Qızılın qiyməti sabit qalıb
ABŞ-da inflyasiya statistikasının açıqlanmasının gözlənildiyi bir zamanda qızılın qiyməti sabit qalmaqdadır. Belə ki, bu statistik göstəricilər Federal Ehtiyatlar Sisteminin (FES) gələcək pul-kredit siyasətinə təsir göstərə bilər.
"Report" birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun "Comex" birjasında qızılın avqust fyuçersləri 0,07% və ya 1,25 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1723,55 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,48% düşərək 1 unsiyası 18,867 ABŞ dolları təşkil edib.
Bazarda həftənin əsas hadisələrindən biri ABŞ-da inflyasiya statistikasının açıqlanması olacaq. Ekspertlər hesab edirlər ki, iyun ayında ölkədə illik inflyasiya səviyyəsi 8,8% təşkil edəcək. Bu cür yüksək inflyasiya FES-in monetar siyasəti sərtləşdirməsi üçün işarə ola bilər. Bu isə bir tərəfdən ABŞ dollarını dəstəkləsə də, digər tərəfdən qızılın qiymətinə mənfi təsir göstərir. /report.az
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə
Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd
Ölkəyə 5 min ton daha az düyü gətirilib
2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd