Qlobal bank Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı proqnozunu yenilədi
Qlobal bank və maliyyə xidmətləri şirkəti HSBC Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz dərəcəsi ilə bağlı proqnozunu yeniləyib.
Marja.az xəbər verir ki, HSBC, Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı il sonu proqnozunu 30 faizdən 32,5 faizə yüksəldib.
Bankın hesabatında Türkiyənin qısamüddətli perspektivinin son dörd ayda nəzərəçarpacaq dərəcədə yaxşılaşdığı, Mərkəzi Bankın yeni komandasının pul və makroprudensial siyasətləri sərtləşdirdiyi və daha əvvəl həyata keçirilən bəzi tənzimləyici tədbirləri yumşaltmağa başladığı vurğulanıb.
Banka görə, Türkiyədə risklər davam edir.
HSBC hesabatında Türkiyədə disbalansların (inflyasiya, valyuta təklifi, mərkəzi bankın ehtiyatları) böyük olduğunu və onların həllinin çətin uyğunlaşma prosesi tələb edəcəyini bildirib.
HSBC, 2023-cü ildə Türkiyə iqtisaadiyyatının artımını 4,4% olaraq təxmin etməyə davam etdiyini bildirib. 2024-cü il üçün ÜDM artımı proqnozu 4,1 faizdən 3,0 faizə endirilib.
Bank pul siyasətinin əvvəlkindən daha da sərtləşdiriləcəyini və bu ilin sonunda uçot dərəcəsinin 32,5 faiz olacağını gözləyir. Əvvəlki proqnoz 30% idi.
Bank 2023-cü il üçün daha məhdud büdcə kəsiri gözləyir.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
ZARA-nın uğur hekayəsi
Az pulla hansı işi qurmaq olar?
McDonalds haqqında maraqlı faktlar
Swift nədir?