Mərkəzi Bankın FinCERT-i qlobal kibertəhlükəsizlik təşkilatına üzv qəbul edildi
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə sektorunda kibertəhlükəsizlik insidentləri üzrə koordinasiyanın təmin edilməsi məqsədilə yaradılmış Maliyyə sektorunda sahəvi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (FinCERT) üzvlük üçün müəyyən edilmiş tələbləri uğurla yerinə yetirərək beynəlxalq səviyyədə tanınmış "Forum of Incident Response and Security Teams" (FIRST) təşkilatına üzv qəbul edilmişdir.
"FIRST" dövlət, kommersiya və akademik sektorları təmsil edən kompüter təhlükəsizliyi insidentlərinə cavab komandalarını birləşdirən beynəlxalq təşkilatdır. "FinCERT"in "FIRST"ə üzv qəbul edilməsi maliyyə sektorunda kibertəhlükəsizlik sahəsində etibarlı beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, qabaqcıl təcrübələrə çıxışın təmin edilməsi, operativ məlumat mübadiləsinin gücləndirilməsi və kompüter insidentlərinə qarşı mübarizə imkanlarının inkişaf etdirilməsi baxımından mühüm addımdır. Bu üzvlük Azərbaycan maliyyə sektorunda kibertəhlükəsizlik ekosisteminin inkişafına, sektor üzrə erkən xəbərdarlıq və koordinasiya imkanlarının gücləndirilməsinə, həmçinin maliyyə bazarı iştirakçılarının kiberdayanıqlığının artırılmasına xidmət edəcəkdir.
Xatırladaq ki, "FinCERT" maliyyə sektorunda kibertəhlükəsizlik insidentləri üzrə məlumatların qəbul edilməsi, təhlili və aidiyyəti üzrə koordinasiyanın təmin edilməsi məqsədilə fəaliyyət göstərən sahəvi mərkəzdir. Mərkəzin əsas məqsədi maliyyə sektorunda kibertəhlükəsizlik sahəsində operativ məlumat mübadiləsini gücləndirmək, kiberinsidentlərə qarşı koordinasiyalı yanaşmanı dəstəkləmək və maliyyə bazarı iştirakçılarının kibertəhlükəsizlik dayanıqlılığının artırılmasına töhfə verməkdir. / banker.az

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir və hansı növləri var?
İnstaqramda biznes qurmağın yolları
Green Card nədir və onu necə əldə etmək olar?
Bill Qeyts kimdir?