Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
2026-cı ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 696 min 283 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,9 faiz, hüquqi şəxslərin sayı 6,2 faiz artıb.
Xidmətin yaydığı məlumata görə, aprel ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 206 min 986 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,8 faiz çoxdur.
2026-cı ilin mart ayında 750 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 91,3 faizi yerli investisiyalı, 8,7 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 86,9 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar-mart aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,2 faiz təşkil edib.
2026-cı ilin aprel ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.
Naxçıvanda vergi ödəyicilərinin sayı 7,6 faiz artıb
2026-cı ilin aprel ayının 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 55 min 51 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2025-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,6 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,8 faiz, hüquqi şəxslərin sayı isə 4,5 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artaraq 1832 vahid olub. 2026-cı ildə kommersiya qurumlarının 86,4 faizi elektron, 13,6 faizi kağız daşıyıcısı vasitəsilə qeydiyyata alınıb. / marja.az

Advisory Banking: Biznesin ehtiyacını anlayan bank modelinə doğru
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir
Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan "TamKart Max" kredit kartını təqdim etdi! ®
"Bitcoin"in qiyməti yenidən - 85 min dolları ötüb
"Bitcoin" 83 min dollardan aşağı düşüb - SON QİYMƏT
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
ABB Özbəkistandakı bank alışında KPMG ilə çalışıb
Biznes planı necə yazmaq lazımdır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Digital Card nədir?
Mcdonalds françayzinqi neçiyədir?
SMM nə deməkdir?