PAŞA Bank növbəti "Bazar trendləri və hedcinq məhsulları" tədbirini keçirib

PAŞA Bank növbəti ®10 iyun tarixində "Four Seasons Hotel Baku"-da keçirilən tədbirin əsas məqsədi şirkətlərin maliyyə dayanıqlığının artırılması, pul vəsaitlərinin daha səmərəli idarə olunması və bazar risklərinin azaldılması üçün istifadə olunan müasir maliyyə alətləri barədə praktiki biliklərin paylaşılması olub. Tədbirdə hedcinq alətlərinin biznes proseslərində tətbiqi üzrə praktiki yanaşmalar nümayiş etdirilib. İştirakçılar valyuta, faiz dərəcəsi və əmtəə qiymətləri risklərinin idarə olunması ilə bağlı real bazar nümunələrini nəzərdən keçirib və müxtəlif ssenarilər üzrə risklərin minimallaşdırılması yollarını müzakirə ediblər.
Tədbirdə spiker qismində PAŞA Bankın İdarə heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov, PAŞA Holdinqin Qrup üzrə baş iqtisadçısı Elman Eminov, PAŞA Bankın Xəzinədarlıq departamentinin direktoru Kamil Allahverdiyev, Küveytin "Burgan Bank" A.Ş.-nin Kapital Bazarları bölməsinin rəhbəri Bilge Gönen, PAŞA Bankın Xəzinədarlıq satışları şöbəsinin rəhbəri Ramil Əlləzov və şöbənin baş mütəxəssisi Könül İsmayılova çıxış ediblər.

PAŞA Bankın İdarə heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov çıxışı zamanı bildirib ki, qlobal iqtisadi proseslərin sürətlə dəyişdiyi şəraitdə risklərin peşəkar idarə olunması şirkətlərin maliyyə dayanıqlığının əsas şərtlərindən birinə çevrilib.
"Bunu nəzərə alaraq, PAŞA Bank müştərilərimizin bazar şərtlərinə daha hazırlıqlı olması və strateji hədəflərinə inamla irəliləməsi üçün müasir maliyyə həllərinin inkişafını davam etdirir. Təqdim etdiyimiz törəmə maliyyə alətləri müştərilərimizə risklərin effektiv idarə olunması, dəyişən bazar mühitinə çevik adaptasiya və əsaslandırılmış investisiya qərarlarının qəbul edilməsi üçün geniş imkanlar yaradır", – deyə Murad Süleymanov bildirib.

Tədbir geniş sual-cavab sessiyası ilə başa çatıb. Sessiya çərçivəsində şirkətlərin üzləşdiyi konkret risklər, törəmə maliyyə alətlərinin tətbiqi mexanizmləri və bazar trendlərinin biznes qərarlarına təsiri ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar həm beynəlxalq təcrübə, həm də yerli bazarın xüsusiyyətləri ilə bağlı suallarını ünvanlandıraraq praktiki tövsiyələr əldə ediblər.

/ banker.az

Banklar     Tarix: 12 iyun 2026

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə


iqtisadi xeberler bitcoin qiymeti dollar mezenne leobank kart biznes ideyalari