Qlobal bazarlarda son vəziyyət
Dünən Amerikada açıqlanan zəif iqtisadi göstəricilərin FED-in monetar siyasətini daha da sərtləşdirməsinə mane olacağı ehtimallarının güclənməsi fonunda dollar major valyutalar qarşısında kəskin ucuzlaşdı.
Dərc olunan məlumatlara görə, "JOLTS" Vakant İş Yerlərinin sayı iyul ayında 8 milyon 827 min ilə bazar ehtimallarının altında qaldı. Ardıcıl 3 aydır azalan vakansiyaların sayı sözügedən dövrdə 2021-ci ilin martından bəri ən aşağı səviyyəyə düşüb.
Analitiklər qeyd ediblər ki, əmək tələbinin ölçüsü olan vakansiyaların sayının azalması FED-in pul-kredit siyasətinin sərtləşdirilməsindən sonra əmək bazarının tədricən yavaşladığını göstərir.
ABŞ-da "Conference Board" İstehlakçı Güvən İndeksi də proqnozlaşdırılandan daha çox - 7.9 - bənd azalaraq, 106.1 bəndə düşüb.
Qeyd olunan məlumatlardan sonra ABŞ-ın 10 illik istiqraz faizi 4.11%, 2 illik istiqraz faizi isə 4.87%-ə qədər azalıb.
Valyuta birjalarında qiymətlərə gəlincə, FED-in sentyabr iclasında uçot faizini sabit saxlayacağına dair proqnozlar 86%-ə yüksəlib.
Digər tərəfdən, kriptovalyuta birjalarının lokomotivi olan "Bitcoin" ABŞ federal məhkəməsinin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) kriptovalyutaların idarə edilməsi şirkəti "Grayscale"-in spot "Bitcoin" birja fondu (ETF) üçün müraciətini rədd etmə qərarını ləğv etdikdən sonra 7%-ə yaxın dəyər qazandı.
Bugün isə Amerikada açıqlanacaq məşğulluq üçün aparıcı göstəricilərdən hesab olunan ADP (Özəl Sektorda Yeni Yaranan İş Yerlərinin Sayı) valyuta birjalarında ciddi volatilliyə səbəb ola bilər. Ancaq eyni gün dərc olunacaq ÜDM, ABŞ iqtisadiyyatının dayanaqlılığı ilə bağlı ciddi ipucları verəcək. Və bu göstərici birjaların diqqət mərkəzində yer alan ən önəmli məlumatlardan biridir. Həmçinin Almaniyada İstehlak Qiymətləri İndeksi göstəriciləri də dərc olunacaq.
Çərşənbə axşamı dolların ucuzlaşması fonunda qızıl 1938$-a kimi bahalaşdı. Hazırda 1936$-dan təklif olunan qiymətli metalın qiyməti 1941$-ın üzərində möhkəmlənə bilsə, artım tendensiyası 1951$ və 1960$-a kimi davam edə bilər.
Analiz İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Biznes təlimlər və tədris üsulları
Digital Card nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?