Qlobal bazarlarda son vəziyyət
(®) Dünən açıqlanan işsizlik müavinəti müraciətləri ilə bağlı məlumatlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz artımlarına son verməyəcəyinə dair narahatlıqları artırarkən, birjalarda dollın artım tendensiyası bir qədər də dərinləşib.
ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı sentyabrın 2-də bitən həftədə 13 min nəfər azalaraq 216 min nəfər olub. Bazar proqnozlarının altında olunan işsizlik müavinatı müraciətləri fevral ayından bəri qeydə alınmış minimumlara düşüb.
Analitiklər, investorların FED-in ilin qalan hissəsində faiz dərəcələrini sabit saxlayacağına ümid etdiklərini, lakin gözləniləndən daha zəif işsizlik müavinatı iddialarının investorların yapışqan inflyasiyadan narahat olmasına səbəb olduğunu vurğulayırlar.
Enerji qiymətlərindəki son artımlara işarə edən analitiklər, güclü məşğulluq bazarının FED-in potensial faiz artımına ehtiyacını artıra biləcəyini də qeyd ediblər.
Nəticədə dollar indeksi bir qədər də yüksələrək günü 105 bənd həddinin üzərində tamamladı.
Digər tərəfdən, Çindən gələn "iPhone" qadağası xəbərinin ardından çərşənbə günü təxminən 4% dəyər itirən "Apple" səhmlərinin dünən də ucuzlaşmaqda davam edib və təxminən 3% dəyər itirib. Şirkətin zərəri 2 gündə 200 milyard dollara yaxınlaşıb.
Fed rəsmilərinin açıqlamaları da təqib olunarkən, Nyu York FED sədri Con Uilyams gələn il işsizlik səviyyəsinin artacağını və 4%-in üzərinə çıxacağını proqnozlaşdırdığını qeyd edib.
Son 3 ayın minimumlarına qədər geriləyən EURUSD və GBPUSD məzənnələrində eniş tendensiyası divergensiya ilə müşayət olunur. Bu da bu cütlüklərdə korrektiv artımların yaşanacağı ehtimallarını gücləndirir. Bu səbəbdən də satış əməliyyatları zamanı ehtiyyatlı olmaq tövsiyyə olunur. Hazırda müvafiq olaraq 1.0710 və 1.2490 hədlərində dalğalanan EURUSD və GBPUSD məzənnələrində "ayılar" qiyməti 1.07$ və 1.25$ həddlərinin altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər.
Bu gün Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri EURUSD və GBPUSD məzənnələrində tendensiyaların gedişinə ciddi təsir edə bilər.
Məlumat İnvest-AZ İnvestisya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Biznes təlimlər və tədris üsulları
Digital Card nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?