Qlobal bazarlarda son vəziyyət

Qlobal bazarlarda son vəziyyətBugün ABŞ-da, Almaniyada və Avrozonada əhəmiyyətli statistik göstəricilərin dərc olunması ərəfəsində beynəlxalq birjalarda dollar major valyutalar qarşısında öz mövqelərini möhkəmləndirməyə çalışır. EUR/USD valyuta cütlüyü 1.14210 səviyyəsindən 1.13550 səviyyəsinə qədər ucuzlaşıb. Qızılın dəyəri 3300$ həddinin üzərində qalmaqda davam edir. Hazırda qiymətli metal 3310$-a ticarət olunur. 
Neft qiymətləri azalmağa davam edir. "Qara qızıl" aprel ayını son üç il ərzindəki ən böyük enişlə başa vurur. Bu, Vaşinqtonun başladığı ticarət müharibəsinin qlobal iqtisadiyyatı və enerji daşıyıcılarına tələbi zəiflədəcəyi ilə bağlı narahatlıqlar fonunda baş verir. Həmçinin, Amerika Neft İnstitutunun (API) qiymətləndirməsinə görə, ötən həftə ABŞ-da kommersiya məqsədli neft ehtiyatları 3.76 milyon barel artıb. "Brent" markalı neftin bir barrel üçün qiyməti isə dünəndən etibarən 64.75$-dan 62.50$-a qədər ucuzlaşıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ötən gün "Conference Board" tədqiqat şirkəti tərəfindən dərc olunan hesabata əsasən, ABŞ-da İstehlakçıların İnam İndeksi aprel ayında 86.0 bənd səviyyəsinə qədər enib. Qeyd etmək lazımdır ki, göstərici mart ayında 93.9 bənd təşkil edib. Analitiklər indeksin aprel ayında 87.5 bənd olacağını proqnozlaşdırmışdılar. ABŞ-ın Əmək Nazirliyinin Statistika Bürosunun təqdim etdiyi məlumata görə, əmək bazarında açıq vakansiyaların sayı (JOLTS) mart ayında 7.192 milyon təşkil edib. 
Həmçinin, Amerikanın məhsullar üzrə Ticarət Saldosunun kəsiri mart ayında 161.99 milyard dollara yüksəlib ki, bu da fevral ayı ilə müqayisədə 9.6% artım deməkdir. Qeyd edək ki, fevral ayı üzrə göstərici 147.85 milyard dollar səviyyəsində olmuşdu. Kəsirin artması ABŞ-ın ixracdan daha çox idxal etməyə davam etdiyini göstərir və bu, ölkənin xarici ticarət balansına əlavə təzyiqlər yaradır. Mart ayında ABŞ-a məhsul idxalı aylıq ifadədə 5%, illik müqayisədə isə 30.8% artaraq 342.7 milyard dollar olub. İxrac isə fevral ayı ilə müqayisədə 1.2%, ötən ilin mart ayı ilə müqayisədə 6.8% artaraq 180.8 milyard dollar səviyyəsində qərarlaşıb.
Bugün ABŞ-da, Avrozonada və Almaniyada dərc olunacaq ÜDM göstəriciləri, həmçinin, Amerikada açıqlanacaq Şəxsi Xərclərin Qiymət İndeksi və Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (ADP), Almaniyada isə dərc olunacaq İstehlak Qiymətləri İndeksi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Əlavə olaraq, Almaniyada İşsizlik Səviyyəsi və Pərakəndə Satış Dövriyyəsinin Həcmi, ABŞ-da isə Əhalinin Şəxsi Xərcləri göstəricilərinin açıqlanması gözlənilir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 30 aprel 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler biznes ideyalari bitkoin almaq investisiya biznes krediti