Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-da gəlirli keçən ilin ilk 6 ayından sonra həftənin ilk ticarət gününün bağlanışında birjalarda müsbət tendensiya müşahidə olunub.
Makroiqtisadi məlumatlara gəldikdə isə, ABŞ-da "Supply Management Institute" (ISM) istehsal indeksinin iyun ayında 46 bənd ilə bazar proqnozlarının altında reallaşması, istehsal sənayesindəki daralmanın davam etdiyini göstərdi.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Həmçinin "S&P Global" tərəfindən açıqlanan iyun ayı üçün Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) proqnozlaşdırıldığı kimi geriləyərək 46.3 bənd səviyyəsində qərarlaşıb. Nəticədə 103.50 bənd həddindəki psixoloji baryeri test edən dollar indeksi (DXY), burada "ayılar"ın müqaviməti ilə üzləşərək yenidən 102.85 bənd hədlərinə qədər gerilədi.
Digər tərəfdən, ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" ikinci rübdə təxminən 480 min avtomobil istehsal etmiş və 466 mindən çox avtomobili təhvil vermişdir.
Şirkətin analitiklərin ehtimallarını üstələyən istehsal və çatdırılma rəqəmlərinin dərcindən sonra "Tesla" səhmlərinin 7%ə yaxın dəyər qazanması diqqət çəkib.
Qeyd edək ki, Nyu-York birjası iyulun 4-də Amerikanın Müstəqillik Günü ilə əlaqədar yarım gün işləsə də, bugün birja ticarət üçün bağlı olacaq. Bu səbəbdən də bugün ticarət həcmlərinin aşağı olacağı gözlənilir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ƏDV geri al və onun üstünlükləri
Kriptovalyuta nədir və necə alınır?
Cash Back nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt