Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ-da inflyasiya məlumatlarının açıqlanacağı cari həftənin ilk ticarət günündə dollar indeksi (DXY) 101.75 bənd hədlərinə qədər geriləyib.
Çərşənbə günü açıqlanacaq İstehlakçı Qiymətləri İndeksi (CPI) və cümə axşamı dərc olunacaq İstehsal Qiymətləri İndeksi (ÜFE) göstəriciləri DXY-da tendensiyanın gedişinə ciddi təsir edə bilər.
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Nyu-York bölməsinin dünən açıqladığı "İstehlakçı Gözləntiləri Araşdırması"-nın nəticələrinə görə, Amerika istehlakçılarının qısamüddətli inflyasiya ehtimalları iyun ayında 3.8%-ə enərək 2021-ci ilin aprelindən bəri ən aşağı səviyyəyə düşüb.
FED rəsmilərinin açıqlamaları investorlar tərəfindən təqib edilərkən, San-Fransisko FED sədri Meri Deyli, güclü əmək bazarı qarşısında yüksək inflyasiyanın qarşısını almaq üçün bu il bir neçə faiz artımına ehtiyac olacağını düşündüyünü ifadə edib.
Klivlend FED-in sədri Loretta Mester inflyasiya təzyiqlərinin hələ də uçot dərəcəsinin daha da artırılmasını zəruri etdiyini bildirib. Mester qeyd edib ki, FED inflyasiyanı azaltmaq üçün monetar siyasəti bir az daha sərtləşdirməli olacaq.
Atlanta FED sədri Rafael Bostiç inflyasiyanın çox yüksək olduğunu və ən böyük riskin inflyasiyanın hədəfə qaytarılmaması olduğunu bildirib.
NFP göstəriciləri fonunda ötən həftəni 102.30 bənd səviyyəsində başa vuran DXY hazırda 101.80 bənd səviyyəsində dalğalanır. Qeyd edək ki, DXY 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin altında qaldığı müddətcə, eniş tendensiyası 100 bənd hədlərinə kimi davam edə bilər.
Bu gün isə İngiltərədə dərc olunacaq əmək bazarı göstəriciləri və Almaniyada açıqlanacaq inflyasiya rəqəmləri investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 11 iyul 2023

Oxşar xəbərlər

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın


iqtisadi xeberler investisiya dollar mezenne bitcoin qiymeti biznes ideyalari