Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) gələn həftə keçiriləcək iclasında faiz artırmayacağına dair ehtimalların güclənməsi birjalarda dollar indeksinin (DXY) geriləməsinə və günü enişlə tamamlamasına səbəb olub.
ABŞ-ın mühüm iqtisadi qəzetlərindən biri olan "The Wall Street Journal"-da həftə sonu dərc olunan "FED rəsmilərinin faiz mövqeyində əhəmiyyətli dəyişiklik yoldadır" başlıqlı xəbərdə bankın sentyabr ayı toplantısında faiz artımlarına ara veriləcəyi ehtimal edilir. Xəbərdə FED üzvlərinin faiz dərəcələrinin sabit qalması mövzusunda ümumi konsensusa gəldiyi göründüyü və bunun iqtisadiyyatın faiz artımlarına necə reaksiya verdiyini görmək üçün onlara daha çox vaxt qazandıracağı ifadə edilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Digər tərəfdən, Nyu York FED-in ABŞ-da çərşənbə günü açıqlanacaq inflyasiya hesabatından əvvəl açıqladığı məlumatlar ABŞ-da istehlakçıların qısamüddətli inflyasiya proqnozlarının artdığını göstərdi. Məlumata görə önümüzdəki 12 ayı əhatə edən qısa müddətli inflyasiya proqnozu 4 aylıq enişin ardından avqust ayında 0.1% artaraq 3.6%, gələcək 3 ili əhatə edən inflyasiya proqnozları isə 0.1% azalaraq 2.8% təşkil edib.
Son 3 ayın minimumlarına qədər geriləyən EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.0685 və 1.2445 hədlərindən dəstək alaraq bir qədər bahalaşdılar. Hazırda 1.0747 və 1.2517 hədlərində dalğalanan EUR/USD və GBP/USD məzənnələrində "buğalar" qiyməti 1.07$ və 1.25$ həddlərinin üzərində saxlaya bilsələr, korrektiv artımlaq bir qədər uzana bilər.
Bu gün İngiltərədə dərc olunacaq əmək bazarı hesabatı, Avrozonada və Almaniyada açıqlanacaq ZEW İqtisadi Aktivlik İndeksi göstəriciləri EUR/USD və GBP/USD məzənnələrində tendensiyaların gedişinə ciddi təsir edə bilər. Həmçinin Türkiyədə Pərakəndə Satış Dövriyyəsinin Həcmi və "OPEC"-in aylıq hesabatı investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Biznes təlimlər və tədris üsulları
Digital Card nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?