Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün ABŞ-da statistik məlumatların proqnozların üzərində dərc olunması fonunda dollar major valyutalar qarşısında bahalaşmağa davam edir. Belə ki, EUR/USD valyuta cütlüyü 2023-cü ilin oktyabr ayından bəri ilk dəfədir ki, 1.0495 səviyyəsinə qədər ucuzlaşıb. Hal-hazırda cütlük bir qədər bahalaşaraq 1.0540 səviyyəsində ticarət olunur. GBP/USD cütlüyü isə cari ilin iyun ayından bəri ən minimal həddinə, 1.2630 səviyyəsinə qədər ucuzlaşıb.
Qızılın qiyməti sentyabr ayından bugünə qədər ilk dəfədir ki, 2540$ səviyyəsinin altına enib. Belə ki, dəyərli metal dünən 2537$-a ticarət olunurdu. "Brent" markalı neftin bir barrel üzrə qiyməti ötən gün 73.4$ səviyyəsinə qədər bahalaşsa da, bugün 72$ səviyyəsində qərarlaşıb. "Bitcoin" isə tarixi rekordu yenilədikdən sonra eniş tendensiyasındadı. Token beynəlxalq birjada 87800$ səviyyəsində ticarət olunur.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞCümə axşamı günü verilən məlumatlara əsasən, 2024-cü ilin üçüncü rübündə Avrozonanın ÜDM-i əvvəlki rüb ilə müqayisədə 0.4% artıb. İllik ifadədə isə Avrozona iqtisadiyyatı 0.9% böyüyüb. Hər iki göstəricinin dinamikası ekspertlərin ilkin proqnozları ilə üst-üstə düşüb. Avrozonanın Sənaye Sektorunda İstehsal Həcmi aylıq ifadədə avqust ayı ilə müqayisədə sentyabr ayında 2%, illik müqayisədə isə 2.8% azalıb. Analitiklər göstəricinin aylıq ifadədə 1.4%, illik ifadədə isə 2.0% azalacağını proqnozlaşdırmışdılar.
Həmçinin, ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayı ötən həftə 4 min nəfər azalaraq, may ayından bəri ən aşağı səviyyəyə (217 min) enib. Ölkədə İstehsal Qiymətləri İndeksi isə sentyabr ayı ilə müqayisədə oktyabr ayında 0.1%-dən 0.2%-ə qədər yüksəlib. Əlavə olaraq qeyd etmək lazımdır ki, Yaponiyanın ÜDM-i rüblük ifadədə 0.2%, illik ifadədə isə 0.9% artıb.
Bugün Böyük Britaniyada və ABŞ-da açıqlanacaq statistik məlumatlar investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Belə ki, Birləşmiş Krallıqda ÜDM, Ticarət Saldosu və Sənaye Sektorunda İstehsal Həcmi, Amerikada isə Pərakəndə Satış Dövriyyəsinin Həcmi və Sənaye Sektorunda İstehsal Həcmi göstəriciləri dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 15 noyabr 2024

Oxşar xəbərlər

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri kicik biznes leobank kart