Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞBazar ertəsi günü beynəlxalq birjalarda dollar major valyutalar qarşısında ucuzlaşdı. Belə ki, EUR/USD valyuta cütlüyü 1.0516 səviyyəsindən 1.0606 səviyyəsinə qədər artım göstərdi. GBPUSD cütlüyü eyni dövr ərzində 1.2604 həddindən 1.2686 həddinə qədər bahalaşdı. USD/JPY cütlüyü isə dünən 155.330 səviyyəsinə qədər bahalaşsa da, bugün artıq 153.950 səviyyəsinə qədər ucuzlaşıb.
Qızılın qiyməti ötən həftənin sonu başladığı artım tendensiyasını qoruyur. Dəyərli metal artıq 2620$ səviyyəsinin üzərində ticarət olunur. Neft qiymətləri 2.5%-dən çox bahalaşıb. Buna səbəb kimi ekspertlər ABŞ prezidenti Co Baydenin Ukrayna hərbçilərinin Rusiya ərazisinə zərbələr endirmək üçün "ATACMS" raketlərindən istifadə etməsinə icazə verdiyinə dair məlumatı qəbul edirlər. "Brent" markalı neftin bir barrel üzrə qiyməti 73.5$ səviyyəsinə qədər bahalaşıb.
Xüsusilə Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin açıqlamalarından sonra faiz dərəcəsi ilə bağlı narahatlıqlar investorlara təsir göstərməyə davam edir. Ötən həftə o, FED-in güclü iqtisadi artım və dayanıqlı əmək bazarı göstəriciləri fonunda faiz dərəcəsini azaltmağa "tələsmədiyini" söylədi. Hal-hazırda əksər investorlar FED-in dekabr iclasında uçot dərəcəsini 25 baza bəndi endirəcəyini proqnozlaşdırır.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp administrasiyasının sürücüsüz avtomobillərlə bağlı qaydaları yüngülləşdirə biləcəyi ilə bağlı mediada yayılan xəbərlər nəticəsində "Tesla"-nın səhmlərinin qiyməti 5.6% artıb. Oktyabr ayında "Tesla"-nın baş direktoru İlon Mask bildirib ki, şirkət 2026-cı ildə sürücü idarəetməsi olmayan "Cybercab" robotaksinin kütləvi istehsalına başlamağı planlaşdırır.
Bugün Bakı vaxtı ilə saat 14:00-da ABŞ-da inflyasiyaya dair məlumatlar açıqlanacaq. Analitiklərin proqnozlarına əsasən, oktyabr ayında göstərici aylıq ifadədə 0.3%, illik ifadədə isə 2% artıb. Həmçinin ölkənin tikinti sektoruna dair açıqlanacaq məlumatlar investorların diqqət mərkəzində olacaq digər xəbərlərdəndir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 19 noyabr 2024

Oxşar xəbərlər

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri kicik biznes leobank kart