Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÇərşənbə axşamı günü ABŞ-da statistik məlumatların proqnozların altında dərc olunması fonunda dollar major valyutalar qarşısında bir qədər ucuzlaşdı. EUR/USD valyuta cütlüyü ötən gün ərzində 1.0523 səviyyəsindən 1.0609 səviyyəsinə qədər bahalaşıb. GBP/USD cütlüyü isə eyni dövr ərzində 1.2612 həddindən 1.2695 həddinə qədər artım göstərib.
Bugün səhər saatlarında Yaponiyada açıqlanan göstəricilər fonunda USDJPY valyuta cütlüyü isə dünən 153.270 həddindən başlayan artım tendensiyasını davam etdirib. Belə ki, məzənnə hal-hazırda 155.050 səviyyəsində qərarlaşıb. Verilən məlumatlara əsasən, oktyabr ayında Yaponiyanın Ticarət Saldosunun kəsiri 294.1 milyard yendən 461.2 milyard yenə qədər artıb, İxrac həcmi isə 3.1% artıb. 
Qızılın beynəlxalq birjalarda qiyməti artmaqda davam edir. Belə ki, dəyərli metal artıq 2635$ səviyyəsinin üzərindədir. "Brent" markalı neftin qiyməti isə Amerikanın Neft İnstitutunun Neft Ehtiyatlarına dair açıqladığı proqnoz fonunda 73.4$-a qədər uuzlaşıb.
Dünən Avropa İttifaqının Statistika İdarəsinin təqdim etdiyi yekun məlumatlara əsasən, Avrozonada sentyabr ayı ilə müqayisədə oktyabr ayında istehlak qiymətləri illik ifadədə 2.0%, aylıq ifadədə isə 0.3% artıb. Dərc olunmuş hər iki göstərici analitiklərin proqnozları ilə üst-üstə düşdü. ABŞ-da isə Tikinti Üzrə İcazələrin Sayı 1.416 milyona qədər azalıb, Tikintisinə Başlanılan Evlərin sayı isə 3.1% azalaraq 1.311 milyona çatıb. 
Bugün Bakı vaxtı ilə saat 11:00-da Böyük Britaniyada açıqlanacaq inflyasiyaya dair göstəricilər investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Həmçinin, Almaniyada dərc olunacaq İstehsal Qiymətləri İndeksi (PPI) bazar iştirakçıları tərəfindən maraqla gözlənilir. 
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 20 noyabr 2024

Oxşar xəbərlər

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri kicik biznes leobank kart