Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün ABŞ-da dərc olunan statistik məlumatlar fonunda dollar major valyutalar qarşısında bahalaşıb, qızılın qiyməti isə bahalaşmağda davam edir.
Belə ki, EUR/USD valyuta cütlüyü 1.0555 səviyyəsindən 1.0461 səviyyəsinə qədər, GBP/USD cütlüyü isə 1.2659 həddindən 1.2576 həddinə qədər enib. Dəyərli metal isə artıq 2685$-ın üzərində ticarət olunur. "Bitcoin" tarixi rekordları yeniləməkdə davam edir. Kapitallaşmaya görə ən böyük kriptovalyuta dünən 99000$ səviyyəsini test etdi, bugün isə artıq 99270$-a qədər bahalaşdı.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞDünən açıqlanan məlumatlara əsasən, ABŞ-da İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı ötən həftə 6 min azalaraq 213 minə qədər enib. Bu, göstəricinin cari ilin aprel ayının sonundan bəri endiyi ən aşağı səviyyədir. Ölkəkin Təkrar Mənzil Bazarında Satış Həcmi isə 3.4% artaraq 3.96 milyona qədər yüksəldi. Filadelfiya FED tərəfindən dərc olunan Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi isə 10.3 bənd səviyyəsindən -5.5 bənd səviyyəsinə qədər geriləyib.
Eləcə də, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı ardıcıl səkkizinci iclasda uçot faiz dərəcəsini 50% səviyyəsində saxlayıb. Tənzimləyici qurumun bu qərarı analitiklərin proqnozları ilə üst-üstə düşüb. Həmçinin, Mərkəzi Bankın yeni proqnozuna əsasən, Türkiyədə inflyasiya 2024-cü ilin sonunda 44%, 2025-ci ilin sonuna qədər isə 21% olacaq.
Bugün Almaniyada, Avrozonada, Böyük Britaniyada və ABŞ-da açıqlanacaq biznes aktivliyinə dair göstəricilər investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Əlavə olaraq, Bakı vaxtı ilə saat 11:00-da Böyük Britaniyada Pərakəndə Satış Dövriyyəsinin Həcmi və Almaniyadam ÜDM məlumatları dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 22 noyabr 2024

Oxşar xəbərlər

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri kicik biznes leobank kart