Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün ərzində beynəlxalq birjalarda yüksək volatillik müşahidə olunub. Belə ki, EUR/USD cütlüyü 1.0449 səviyyəsindən 1.0529 səviyyəsinə qədər bahalaşıb. Lakin, artıq səhər saatlarında məzənnə 1.0425 səviyyəsinə kimi ucuzlaşıb. GBP/USD cütlüyü eyni dövr ərzində 1.2612 həddindən 1.2507 həddinə qədər geriləyib. USD/JPY cütlüyü cari hətənin əvvəlindən indiyədək 153.560 və 154.700 səviyyələri aralılğında kəskin dəyişib.
Dünən Almaniyanın "IFO" tədqiqat institutu tərəfindən dərc olunan məlumatlara əsasən, Almaniyanın Biznes Mühiti İndeksi noyabr ayında 86.5 bənd səviyyəsindən 85.7 bənd səviyyəsinə qədər enib. Həmçinin, ölkənin Cari Qiymətləndirilməsi İndeksinin 85.7 bənddən 84.3 bəndədək, Biznes Gözləntiləri İndeksi isə 87.3 bənddən 87.2 bəndədək zəifləyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qızılda eniş tendensiyası artıq iki gündür davam edir. Dəyərli metalın qiyməti 2721$ səviyyəsinə qədər yüksəldikdən sonra kəskin şəkildə ucuzlaşıb və hal-hazırda 2623$ səviyyəsində ticarət olunur. "Brent" markalı neftin bir barrel üçün qiyməti isə 75.25$-dan 72.70$-a qədər geriləyib. Qızıl qiymətləri dollar indeksində korreksiyaya və ABŞ dövlət istiqrazlarının gəlirliyinin azalmasına baxmayaraq enir. Neft qiymətlərini güclü dollar, eləcə də Yaxın Şərqdə ki, münaqişənin mümkün həlli ilə bağlı xəbərlər təzyiq altında saxlayır.
Bugün investorların diqqət mərkəsində olacaq əsas xəbərlər, ABŞ-da "Conference Board" analitik şirkəti tərəfindən dərc olunacaq ölkədə İstehlakçıların İnam İndeksi və açıqlanacaq Yeni Mənzil Satışlarının Həcmi göstəriciləridir. Eləcə də, Bakı vaxtı ilə saat 23:00-da Amerikada "FOMC"-ın toplantı protokolları dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
McDonalds haqqında maraqlı faktlar
Kriptovalyuta nədir və necə alınır?
Bitcoin nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Kriptovalyuta nədir?