Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞDünən inflyasiyaya dair məlumatların proqnozların altında dərc olunması və Trampın tarif siyasıtinin beynəlxalq münasibətləri gərginləşdirməyə davam etməsi fonunda dolların major valyutalar qarşısında ucuzlaşması tendensiyası davam edib.
Belə ki, EUR/USD valyuta cütlüyü ötən gün 1.09410 səviyyəsindən bahalaşıb və bugün səhər 1.13830 səviyyəsinə qədər artım göstərib. Bu 2022-ci ilin fevral ayından bəri ən yüksək həddir. USD/JPY cütlüyü eyni dövr ərzində 2024-ci ilin oktyabr ayından bu yana ilk dəfə 142.880 səviyyəsinə qədər ucuzlaşıb. EUR/GBP cütlüyü isə 2009-cu ilin iyun ayından bəri ən yüksək səviyyəyə, 0.87250 həddinə qədər qalxıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dolların ucuzlaşması investorların "güvənli liman" maliyyə aləti olaraq qızıla olan marağını artırıb və dəyərli metal tarixində ilk dəfə 3220$ səviyyəsinə qədər bahalaşıb. "Brent" markalı neftin qiyməti isə 63$ həddinin üzərində möhkəmlənməyə çalışır. Hazırda "qara qızıl" beynəlxalq birjalarda 63.50$-a ticarət olunur. "Bitcoin"-in qiyməti isə son iki gündə 80000$ səviyyəsinin altına düşüb. 
Ötən gün ABŞ-ın Əmək Nazirliyinin verdiyi məlumatlara əsasən, mart ayında ölkədə İstehlak Qiymətləri İndeksi (CPI) illik ifadədə 2.4% artıb. Qiymət artımı fevral ayında dərc olunan 2.8%-lik göstəriciyə nisbətən zəifləyib. Aylıq ifadədə CPI indeksi fevral ayı ilə müqayisədə mart ayında 0.1% azalıb. Bu, 2020-ci ilin may ayından bəri, göstəricidə müşahidə olunan ilk azalmadır. Ölkədə baza inflyasiya indeksi (Core CPI) mart ayında fevral ilə müqayisədə 0.1%, illik ifadədə isə 2.8% artıb.
Həmçinin, dünən ABŞ-da işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı ötən həftə 4 min nəfər artaraq 223 min nəfərə çatıb. Martın 29-da başa çatan həftə üzrə işsizlik müavinəti almaqda davam edən amerikalıların sayı 1.893 milyon nəfərdən 1.85 milyon nəfərə qədər azalıb. Kanadada isə fevral ayı üçün Tikinti üzrə İcazələri Sayı 2.9% artıb. 
Bugün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da dərc olunacaq İstehsal Qiymətləri İndeksi (PPI) investorların diqqət mərkəzində olacaq əsas xəbərdir. Eləcə də, Almaniyada açıqlanacaq İstehsal Qiymətləri İndeksi, Böyük Britaniyada dərc olunacaq Tİcarət Saldosu, ÜDM və Sənaye Sektorunda İstehsal Həcmi və Türkiyədə açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi göstəriciləri də bazar iştirakçıları maraqla gözlənilir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 11 aprel 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler biznes ideyalari bitkoin almaq investisiya biznes krediti