Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞBugün Avrozonada inflyasiyaya dair göstəricilərin dərc olunması ərəfəsində dollar major valyutalar qarşısında ucuzlaşmağa davam edib.
Belə ki, ötən gün EUR/USD valyuta cütlüyü 1.12640 səviyyəsinə qədər ucuzlaşdıqdan sonra, bahalaşmağa başlayıb və hazırda 1.13560 səviyyəsində ticarət olunur. Eyni dövr ərzində GBP/USD cütlüyü isə 1.31630 həddindən 1.32670 həddinə qədər yüksəlib. Qızılın qiyməti 3291$ səviyyəsinə qədər bahalaşmaqla tarixi rekord həddi bir daha yeniləyib. 
Avropa İttifaqı ilə ABŞ arasında aparılan danışıqların yeni raundları ticarət mübahisələrinin həllində əhəmiyyətli nəticə verməyib. Prezident Donald Tramp administrasiyasının rəsmiləri təsdiqləyiblər ki, ABŞ-ın Aİ məhsullarına tətbiq etdiyi rüsumların əksəriyyəti qüvvədə qalacaq. Belə davam edəcəyi təqdirdə, dollar təzyiq altında qalmaqda davam edəcək və bazar iştirakçıları "güvənli liman" maliyyə alətlərinə üstünlük verəcəklər. 
Dünən ABŞ-ın Əmək Nazirliyinin dərc etdiyi hesabata əsasən, 2025-ci ilin mart ayında ölkəyə idxal olunan malların qiymətləri əvvəlki ayla müqayisədə 0.1% azalıb. 2024-cü ilin mart ayı ilə müqayisədə idxal qiymətləri ümumilikdə 0.9% artıb. ABŞ-dan ixrac edilən malların qiymətləri isə mart ayında dəyişməyib. İllik müqayisədə, yəni 2024-cü ilin mart ayına nisbətən, ABŞ-da ixrac qiymətləri 2.4% artıb.
Almaniyada Avropa İqtisadi Tədqiqatlar Mərkəzi (ZEW) tərəfindən dərc olunan İqtisadi İnkişaf İndeksi apreldə 2023-cü ilin iyul ayından bəri ən aşağı səviyyəyə, -14 bəndədək enib. Göstərici bir ay əvvəl, 2022-ci ilin fevral ayından bəri qeydə alınmış maksimum göstərici olan 51.6 bənddən kəskin geriləyib. Digər tərəfdən, Almaniyada Cari Vəziyyət İndeksi bu ay -87.6 bənddən -81.2 bəndə qədər yüksəlib. Avrozonada isə İqtisadi İnkişaf Proqnozu İndeksi apreldə -18.5 bəndədək enib, halbuki ötən ay bu göstərici 39.8 bənd təşkil edirdi. Həmçinin, birliyin Sənaye Sektorunda İstehsal Həcmi fevral ayında 1.1% artıb.
Bugün Bakı vaxtı ilə saat 13:00-da Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi və saat 16:30-da ABŞ-da dərc olunacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Eləcə də, Böyük Britaniyada açıqlanacaq inflyasiyaya dair məlumatlar və Kanada Bankının (BoC) faiz qərarı da bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 16 aprel 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler biznes ideyalari bitkoin almaq investisiya biznes krediti