Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən həftənin sonu Müqəddəs Cümə günü ilə əlaqədar olaraq beynəlxalq birjalarda volatillik aşağı olmuşdur, əmtəə və fond birjaları isə ticarətə bağlı idi. Cari həftə isə dolların major valyutalar qarşısında ucuzlaşması ilə başladı. EUR/USD valyuta cütlüyü 1.13860 səviyyəsindən 1.15340 səviyyəsinə qədər artım sərgiləyib. Bu, 2021-ci ilin noyabr ayından bəri ən yüksək göstəricidir. Eyni dövr ərzində GBP/USD cütlüyü 1.32690 həddindən 1.33950 həddinə qədər bahalaşıb, USDJPY cütlüyü isə 142.100 səviyyəsindən 140.620 səviyyəsinə qədər ucuzlaşıb. Eyni zamanda, dollar indeksi (ABŞ-ın altı əsas ticarət tərəfdaşı ölkəsinin valyutalarına qarşı dolların məzənnəsi) 1.11% zəifləyərək 98.28 bəndədək enib və 5 aprel 2022-ci il tarixindən bəri ən aşağı səviyyəyə çatıb.
Bazar iştirakçıları cümə günü ABŞ Milli İqtisadi Şurasının direktoru Kevin Hasset tərəfindən verilən bəyanata diqqət yetiriblər. Həmin bəyanatda bildirilib ki, prezident Donald Tramp və onun komandası ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauellin vəzifədən uzaqlaşdırılması imkanını araşdırmaqda davam edir. Tramp daha əvvəl Pauellin əsas faiz dərəcəsini "artıq çoxdan" endirməli olduğunu və onun vəzifəsini tərk etməli olduğunu bildirib. FED rəhbəri isə daha əvvəl Çikaqo İqtisadiyyat Klubunda keçirilən tədbirdə çıxışı zamanı bildirmişdi ki, Tramp administrasiyası tərəfindən tətbiq olunan tariflər gözləniləndən daha yüksək olub və bunun nəticəsində ölkədə inflyasiyanın artması və iqtisadi artımın zəifləməsi baş verə bilər.
Qızıl tarixi rekor həddini yeniləyib. Dəyərli metal bugün səhər saatlarında 3387$-a qədər bahalaşıb. Neftin qiyməti isə ABŞ və İran arasında aparılan danışıqlarda əldə olunan irəliləyişlər fonunda bir qədər ucuzlaşıb. "Brent" markalı neftin bir bareli ötən həftə 67.40$-a ticarət olunurdu, lakin, hazırda artıq 66.20$ səviyyəsində qərarlaşıb. İranın xarici işlər naziri Abbas Əraqçi şənbə günü bildirib ki, Tehran və Vaşinqton İranın nüvə proqramı üzrə ekspert səviyyəsində təmasların aparılması barədə razılığa gəliblər. 
Ötən həftə Avropa Mərkəzi Bankı faiz dərəcəsini, proqnoz olunduğu kimi, 2.65%-dən 2.40%-ə qədər endirdi, Avrozonada inflyasiya isə illik ifadədə 2.3%-dən 2.2%-ə qədər gerilədi. Həmçinin, ABŞ-da Pərakəndə Satış Dövriyyəsinin Həcmi mart ayında 0.5% artıb. 
Cari həftə ABŞ-da dərc olunacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Sənaye Sktorunda Biznes Aktivliyi İndeksi və Yeni Məznil Satışlarının Həcmi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Həmçinin, Böyük Britaniyada və Kanadada açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi göstəriciləri, eləcə də, Almaniyada və Avrozonada dərc olunacaq Biznes Aktivliyi İndeksləri bazar iştirakçılarının marağına səbəb olacaq.
EUR
ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi gömrük tariflərinin təsiri dollar avro qarşısında təzyiq altında saxlamaqda davam edir. Ötən həftəni Müqəddəs Cümə günü ilə əlaqədar üfüqi tendensiyada bitirən valyuta cütlüyü, cari həftənin artımla başlayıb. 
Bugün səhər saatlarında 1.13860 səviyyəsindən bahalaşmağa başlayan məzənnə 1.15340 səviyyəsinə qədər yüksəlib. Əgər "buğalar" qiyməti 1.15$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. 
Qeyd etmək lazımdır ki, cari həftə dərc olunacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi və Ticarət Saldosu göstəriciləri avronun valyuta birjalarında qiymətlərinə yön verə bilər.
GBP
Ötən həftənin sonu 1.32990 həddinə kimi bahalaşan GBPUSD valyuta cütlüyü, cari həftəni 1.32690 səviyyəsində başlayıb və 1.33970 həddinə qədər bahalaşıb. "Buğalar"-ın qiyməti 1.335$ həddinin üzərində qoruyub saxlayacağı təqdirdə, funt-sterlinqdə artım tendensiyası daha kəskin xarakter ala bilər.
Bu həftə İngiltərədə açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və pərakəndə satışların həcmi göstəriciləri funtun qiymətlərinə ciddi təsri edə bilər.
XAU/USD
Beynəlxalq birjalarda ticarət müharibəsi ilə bağlı artan narahatlıqlar fonunda investorların "güvənli liman" maliyyə aktivi olan qızıla marağı daha da artıb. Dəyərli metalın qiyməti bir unsiya üçün 3387$-a qədər yüksələrək bütün dövlərin rekord həddini yenilədi.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 21 aprel 2025

Oxşar xəbərlər

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad


iqtisadi xeberler biznes krediti dollar məzənnəsi rubl mezenne telefonla pul qazanmaq