Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ və Çin arasında ticarət münasibətləri ilə bağlı ziddiyyətli siqnallar fonunda beynəlxalq birjalarda dolların qiyməti yüksəlir, qızılın qiyməti isə ucuzlaşır. ABŞ prezidenti Donald Tramp əvvəlki gün bəyan edib ki, onun administrasiyası Çinlə danışıqlar aparır. Lakin Pekin bunu inkar edir. Çinin Ticarət Nazirliyinin nümayəndəsi Xə Yadun cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, tərəflər arasında danışıqlar aparılmır və bu istiqamətdə irəliləyişlə bağlı istənilən məlumatları "əsassız"-dır.
Neft qiymətləri cümə günü artım nümayiş etdirir, lakin, həftəni mənfi zonada tamamlayır. Analitiklərin fikrincə, ABŞ və Çin arasında ticarət sahəsindəki münasibətlərlə bağlı ziddiyyətli bəyanatlar neft treyderlərinin əhval-ruhiyyəsinin yaxşılaşmasına kömək etmir, bazar ucuzlaşmanın daha da dərinləşməsi ilə üzləşə bilər.
EUR/USD valyuta cütlüyü 1.13970 səviyyəsindən 1.13150 səviyyəsinə qədər ucuzlaşıb. Qızılın dəyəri ötən gün 3370$-a qədər bahalaşdıqdan sonra bugün artıq 3305$ həddinə qədər ucuzlaşıb. "Brent" markalı neftin bir barel üçün qiyməti isə 66$ səviyyəsində ticarət olunur.
Dünən ABŞ-ın Əmək Nazirliyinin dərc etdiyi hesabata əsasən, ötən həftə ölkədə İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı 6 min artaraq 222 minə çatıb. Son dörd həftə ərzində müraciətlərin ortalama sayı 220.25 min olub. 
Həmçini, "IFO" tədqiqat institutunun təqdim etdiyi məlumata görə, Almaniyada Biznes Mühiti İndeksi mart ayı ilə müqayisədə aprel ayında 86.7 bənd səviyyəsindən 86.9 bənd səviyyəsinə kimi yüksəlib. Almaniyanın Cari Qiymətləndirilməsi İndeksinin apreldə 85.7 bənddən 85.5 bəndədək enəcəyi ehtimal olunsa da, göstərici 86.4 bənd səviyyəsində qədər artıb. Cari ayda Almaniyada Biznes Gözləntiləri İndeksi isə 87.7 bənddən sadəcə 87.4 bəndədək geriləyib. 
Bugün Böyük Britaniyada və Kanadada açıqlanacaq göstəricilər, xüsusilə, Pərakəndə Satış Dövriyyəsinin Həcmi investorların diqqət mərkəzində olacaq. 
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 25 aprel 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler biznes ideyalari bitkoin almaq investisiya biznes krediti