Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən həftə ticarət savaşlarının səngiməsi və danışıqlar dövrünün başlaması fonunda dolların dünya birjalarında möhkəmlənmə prosesi davam edib. Dollar İndeksi (DXY) 99.54 bənd həddindən 100.38 bənd həddinə kimi yüksəldi. Lakin, 2 may tarixində Avrozonada proqnozların üzərində açıqlanan inflyasiya göstəricilərinin təsiri ilə EUR/USD və GBP/USD məzənnələri bahalaşdı.
Avropa İttifaqının Statistika İdarəsinin təqdim etdiyi ilkin məlumata əsasən, Avrozonada istehlak qiymətləri aprel ayında illik ifadədə 2.2% artıb.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞAnalitiklər inflyasiyanın aprel ayında 2.1%-ə qədər zəifləyəcəyini proqnozlaşdırmışdılar.
Ərzaq və enerji qiymətləri nəzərə alınmadan hesablanan İstehlak Qiymətlərinin Baza İndeksi (Core CPI) aprel ayında illik ifadədə 2.4%-dən 2.7%-ə qədər yüksəlib. Ekspertlər qeyd olunan göstəricinin 2.5% səviyyəsində olacağını ehtimal etmişdilər.
Avrozonada istehlak qiymətləri aprel ayında əvvəlki ayla müqayisədə 0.6% artıb və mart ayında olan nəticəni təkrarlayıb.
Lakin, ötən həftəni son ticarət günü Amerikada dərc olunan əmək bazarı, xüsusilə də NFP hesabatından sonra dollar itirdiyi mövqelərini bir qədər bərpa edə bildi.
Nəticədə, EUR/USD və GBP/USD cütlükləri müvafiq olaraq, 1.12930 və 1.32560 hədlərinə qədər gerilədi. USDJPY və USDCHF cütlükləri isə ötən həftəni 144.900 və 0.82600 səviyyələrində başa vurdu. 
Bu həftə investorların diqqət mərkəzində yer alacaq əsas xəbərlər Federal Ehtiyyatlar Sistemi və İngiltərə Bankı (BoE) kimi requlyator nəhənglərinin faiz qərarlarıdır. 
Cari həftə ərzində, həmçinin, Amerikada, Almaniyada, Avrozonada, Yaponiyada və İngiltərədə açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri dünya birjalarında qiymət tendensiyalarına ciddi təsir edə bilər. Eləcə də, İsveçrədə və Türkiyədə dərc olacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri də bu həftənin iqtisadi xəbər təqvimində yer alırlar. 
EUR
Avrozonada proqnozların üzərində açıqlanan inflyasiya göstəricilərinin təsiri ilə EUR/USD məzənnəsi 1.13790 həddinə kimi bahalaşsa da, sonradan Amerikada dərc olunan əmək bazarı hesabatı fonunda 1.12930 həddinə kimi ucuzlaşdı.
Hazırda 1.13370 hədlərində ticarət olunan məzənnədə "ayılar" qiyməti 1.13000 həddinin altına sala və orada saxlaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər. 
Qeyd etmək lazımdır ki, cari həftə Avrozonada və Almaniyada dərc olunacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri avronun valyuta birjalarında qiymətlərinə yön verə bilər.
GBP
Ötən həftənin sonu 1.34430 həddinə kimi bahalaşan GBP/USD valyuta cütlüyü, DXY-dakı yüksəliş fonunda ucuzlaşıb və ötən həftəni 1.32700 səviyyəsində tamamlayıb. Hazırda 1.33950 səviyyəsində ticarət olunan məzənnədə 1.33000 həddi aşağıya doğru qırılsa, və bu həddin altında qalsa, eniş tendensiyası daha da dərinləşə bilər.
XAU/USD
Qızıl ötən həftə 3200$-a kimi ucuzlaşaraq ardıcıl ikinci həftəni də enişlə tamamladı. Hazırda 3259$-dan təklif olunan "sarı metal"ın qiyməti 3200$ həddinin altına düşsə, eniş tendensiyası daha kəskin xarakter ala bilər. Mümkün eniş ssenarisində qarşıda duran əsas psixoloji hədlər kimi 3200$ və 3060$ hədləri çıxış edir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 05 may 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler biznes ideyalari bitkoin almaq investisiya biznes krediti