Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün ABŞ Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsini sabit saxlaması fonunda dollar major valyutalar qarşısında bir qədər bahalaşdı.
Belə ki, EUR/USD valyuta cütlüyü 1.13640 səviyyəsini test etdikdən sonra 1.12920 səviyyəsinə kimi ucuzlaşdı. GBP/USD cütlüyü eyni müddət ərzində 1.33520 həddindən 1.32780 həddinə qədər gerilədi. Qızılın dəyəri uçot dərəcəsi ilə bağlı xəbərdən sonra 3363$ səviyyəsindən 3414$ səviyyəsinə qədər bahalaşsa da, bugün dəyərli metal əldə etdi mövqeləri itirərək yenidən 3370$ həddinə qədər ucuzlaşıb.
Çərşənbə günü Federal Açıq Bazar Komitəsinin (FOMC) keçirilən iclasının nəticələrinə əsasən, FED uçot faiz dərəcəsini 4.5% səviyyəsində saxlayıb. Faiz dərəcəsinin sabit saxlanılması qərarı FOMC üzvləri tərəfindən yekdilliklə qəbul olunub və əksər ekspertlərin proqnozları ilə üst-üstə düşüb. Qeyd etmək lazımdır ki, göstərici 2025-ci ilin dekabr ayından bəri bu səviyyədə saxlanılır. Ötən il isə FED faiz dərəcəsini 100 baza bəndi endirmişdi.
Tənzimləyici qurum hesab edir ki, cari faiz dərəcələri Ağ Evin xarici ticarət siyasəti və onun Amerika iqtisadiyyatına təsiri ilə bağlı daha aydın mənzərə yaranmasını gözləmək üçün "yaxşı vəziyyətdədir". Bu barədə FED sədri Cerom Pauell iclasdan sonrakı mətbuat konfransında bildirib. Pauell istisna etməyib ki, prezident Donald Tramp tərəfindən tətbiq edilən, lakin sonradan əhəmiyyətli hissəsi dayandırılan idxal rüsumları ABŞ-da inflyasiyaya qısamüddətli təsir edə bilər. "Mən düşünmürəm ki, uçot faiz dərəcəsinin dəyişdirilməsində tələskənliyə ehtiyac var", – deyə o qeyd edib və əlavə edib ki, rüsumların inflyasiya və iqtisadi artıma təsiri ilə bağlı qeyri-müəyyənlik hazırda çox yüksəkdir.
Əlavə olaraq, dünən açıqlanan məlumatlara əsasən, Almaniyanın Sənaye Sektorunda Fabrik Sifarişlərinin Həcmi mart ayında əvvəlki ayla müqayisədə 3.6%, illik ifadədə isə 3.8% artıb. Həmçinin, ABŞ-ın kommersiya məqsədli neft ehtiyatları 2.032 milyon barel azalıb. Böyük Britaniyanın Tikinti Sektorunda Biznes Aktivliyi İndeksi 46.4 bənddən 46.6 bəndədək yüksəlib. 
Bugün Bakı vaxtı ilə saat 15:00-da İngiltərə Bankı (BoE) faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Analitiklər göstəricinin 4.5%-dən 4.25%-ə qədər endiriləcəyini proqnoz edirlər. Həmçinin, Almaniyada dərc olunacaq Ticarət Saldosu və Sənaye Sektorunda İstehsal Həcmi, ABŞ-da isə açıqlanacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı göstəriciləri investorlar tərəfindən maraqla izləniləcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 08 may 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler biznes ideyalari bitkoin almaq investisiya biznes krediti